Separatçılar diz çökdürüldü
19.09.2025 [12:17]
2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Cəmi 44 gün ərzində düşmənin silahlı dəstələrini məhv edən rəşadətli Ordumuz Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Xalqımızın 30 illik həsrəti və nisgili bitdi. Azərbaycan xalqı öz tarixi torpaqlarına, ata ocaqlarına qovuşdu. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında əldə edilən parlaq Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Qazanılan tarixi Zəfərdən sonra Azərbaycan sülh çağrışları edir, dəfələrlə Ermənistanı sülhə dəvət edirdi. Lakin işğalçı dövlət hər dəfə müəyyən bəhanələrlə danışıqlardan boyun qaçırır, eyni zamanda suveren ərazilərimizdə terrorçu dəstələri ilə silahlı təxribatlarını davam etdirirdi.
Prezident İlham Əliyev çıxışlarında bölgədə heç bir qanunsuz birləşmələrin varlığına imkan verilməyəcəyini, Qarabağ ərazisində Azərbaycan qanunlarının bərpa olunacağını bəyan edirdi.
Ermənistana aid silahlı dəstələr tərəfindən işgaldan azad edilmiş ərazilərimizdə terror aktlarının törədilməsi, bunun nəticəsində mülkü vətəndaşlarımızın, hərbi qulluqçularımızın həlak olması səbr kasamızı daşıran son hadisə oldu. Bütün bu təxribatların qarşısının alınması, Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə qüdrətli ordumuz 2023-cü il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Antiterror əməliyyatı cəmi 23 saat davam etdi və sentyabrın 20-də başa çatdı. Rəşadətli Ordumuz qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirərək öz gücünü, nəyə qadir olduğunu bir daha düşmənə , onların havadarlarına nümayiş etdirdi.
Lokal xarakterli antiterror əməliyyatının nəticəsi olaraq separatçılar diz çökdürüldü, Azərbaycan torpaqlarında terrorcu dəstələrin kökü kəsildi, Respublikamızın suverenliyi tam bərpa edildi. Dövlət Bayrağımız bu gün suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.
Bu gün işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Böyük Qayıdış Proqramı uğurla icra edilir.
Qısa zamanda görülən işlərə baxdıqda əminliklə demək olar ki, bu ərazilər tezliklə çənnətə çevriləcək.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

