Qaradağlı qadınlar 9 oktyabrda cənab İlham Əliyevə səs verəcəklər
01.10.2013 [10:04]
YAP tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Qaradağda rayonun fəal qadınlarının görüşü keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Dünən kampaniya çərçivəsində Qaradağda rayonun fəal qadınlarının görüşü keçirilib. Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə İsmayılova seçkilərin ölkə və cəmiyyət həyatındakı əhəmiyyətini qeyd edib.
O, daha sonra ölkəmizin əldə etdiyi böyük nailiyyətlərdən danışaraq cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın dünyanın diqqət mərkəzində olan bir ölkəyə çevrildiyini söyləyib. T.İsmayılova deyib ki, bu gün Azərbaycan öz inkişaf sürətinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət ölkəmizin yüksək inkişafını təmin edib. Ona görə də, hər bir seçici, hər bir vətəndaş, o cümlədən, qadınlarımız da bu siyasi kursu dəstəkləyir: “Ölkəmizin hər bir bölgəsində olduğu kimi Qaradağda da qadınlar hər zaman milli-mədəni, ictimai-siyasi proseslərdə aktivlik nümayiş etdirib. Tam əminliklə deyə bilərəm ki qarşıdan gələn 9 oktyabr prezident seçkilərində də qaradağlı qadınlar gələcəyimizin qarantı cənab İlham Əliyevə səs verəcəklər”.
Qaradağ qadınlarının adından çıxış edən şəhid anası Pakizə Abbasova Ulu öndər Heydər Əliyevin ölkəmizdə təlatümlərin qarşısını aldığını, Azərbaycanı sakit və təhlükəsiz bir ölkəyə çevirdiyini, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında isə dövlətimizin dünyada ən nüfuzlu ölkələrdən birinə çevrildiyini vurğulayıb.
Qaradağ rayon qadınları adından danışan Zümrüd Rzayeva və Gülüstan Ağazadə də qaradağlı qadınların seçiminin ancaq cənab Prezident İlham Əliyev olduğunu, ölkəmizin Onun rəhbərliyi altında inkişafa nail olduğunu vurğulayıblar.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qaradağlı qadınları salamlayaraq onların ictimai-siyasi proseslərdə həmişə böyük aktivlik nümayiş etdirdiyini vurğulayıb.
Təşkilat sədri ölkəmizdə qadın siyasətindən və qadınların cəmiyyətimizin aparıcı mövqeyə yüksəlməsindən də bəhs edib. Onun sözlərinə görə, bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi misilsiz işlər Azərbaycan xalqına, dövlətimizin inkişafına, beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsinə xidmət edir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva öz genişmiqyaslı fəaliyyəti ilə hər bir qadın üçün örnəkdir. Ölkəmizin ictimai-siyasi proseslərində qadınların rolundan danışan A.Hüseynov əmin olduğunu bildirib ki, qarşıdan gələn prezident seçkilərində Qaradağ rayon qadınları Azərbaycanı inkişafa və tərəqqiyə aparan liderə-cənab İlham Əliyevə səs verəcəklər.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

