Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
23.10.2025 [13:40]
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır.
Oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev cənabları Astanada mətbuata bəyanatı həm iki qardaş dövlətin münasibətlərinin dərinliyini, həm də regional sabitliyin və yeni geosiyasi reallıqların istiqamətini müəyyən edən strateji baxışı əks etdirdi. Dövlətimizin başçısının “Qazaxıstan bütün dünyada etibarlı tərəfdaş, milli maraqları çərçivəsində siyasət yürüdən dövlət kimi həm də yaxşı dostdur. Bu fikrin arxasında həm ortaq tarixi köklər, həm də bugünkü strateji məqsədlər dayanır. Prezident İlham Əliyevin “xalqımız üçün ən ağır dövrlərdə biz Qazaxıstanın qardaş dəstəyini hiss etmişik” deməsi, həm də gələcəyə ünvanlanan etimadın təsdiqidir. Bu bəyanat göstərir ki, Azərbaycan–Qazaxıstan münasibətləri ideya və dəyərlər birliyinə əsaslanan strateji tərəfdaşlıq modelidir.
Prezident cənab İlham Əliyevin bəyanatında xüsusi yer tutan əsas mövzulardan biri Azərbaycan–Ermənistan sülh prosesidir. Dövlətimizin başçısı xatırlatdı ki, Vaşinqtonda Prezident Trampın iştirakı ilə sülh sazişi paraflandı və Qazaxıstan bu məsələyə münasibət bildirən ilk ölkələrdən biri oldu.
Bu bəyanat regionda yeni diplomatik mərhələnin başlandığını göstərir. Azərbaycanın təşəbbüsləri sayəsində Cənubi Qafqazda artıq sülh sənədləri kağız üzərində deyil, real həyatda formalaşır. Prezident İlham Əliyevin “Azərbaycan Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırıb” fikri isə bunun praktik göstəricisidir. Bu, Prezident İlham Əliyevin çoxillik siyasi strategiyasının davamıdır – sabitlik yalnız silahın susması ilə deyil, iqtisadi inteqrasiya və qarşılıqlı maraqlar əsasında bərqərar olur.
Prezident İlham Əliyevin bəyanatında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq ayrıca strateji xətt kimi qeyd edildi. Gələn il Bakıda keçiriləcək həm İslam Əməkdaşlıq Təşkilatının Sammiti, həm də Qazaxıstanın təşəbbüsü ilə formalaşan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammiti Azərbaycanın beynəlxalq diplomatiyada mərkəzi rola malik olduğunu göstərir. Bu tədbirlər Türk dünyasının iqtisadi, siyasi və humanitar inteqrasiyasının real dayaqlarını möhkəmləndirəcək.
Prezident İlham Əliyevin Qazaxıstanda səsləndirdiyi bəyanat bir daha göstərdi ki, Azərbaycan artıq regional oyunçu deyil, qlobal proseslərdə fəal rol oynayan, lider dövlətdir. Bu liderlik dövlətimizin başçısının uzaqgörən siyasəti, prinsipial mövqeyi və milli maraqlara əsaslanan diplomatiya fəlsəfəsi üzərində qurulub. Azərbaycan bu gün Cənubi Qafqazda sabitliyin, sülhün və iqtisadi inteqrasiyanın əsas təminatçısıdır. Zəngəzur dəhlizi, Orta Dəhliz və TRIPP layihələri ölkəmizi Avrasiyanın əsas logistika və enerji mərkəzinə çevirəcək. Bu iqtisadi güc, siyasi etimadla birləşərək Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sülh diplomatiyası təkcə Ermənistanla münasibətləri normallaşdırmır, həm də regionda yeni əməkdaşlıq modelini formalaşdırır. Bu modelin əsas prinsipi sadə, lakin dərin məzmunludur — ədalət, qarşılıqlı hörmət və real inkişaf. Gələcəyə baxışda Azərbaycanın qarşısında üç əsas istiqamət prioritet olaraq qalır. Enerji və nəqliyyat arteriyalarında liderlik mövqeyinin qorunması, Türk dünyası inteqrasiyasının siyasi və iqtisadi əsaslarının dərinləşdirilməsi və Qafqazda sülh və sabitliyin uzunmüddətli institusional təminatı. Bu istiqamətlər Azərbaycanın milli güc konsepsiyasının ayrılmaz hissəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq Cənubi Qafqazda yeni geosiyasi nizamın memarı, Türk dünyasında birləşdirici qüvvə, Avrasiya miqyasında isə sabitliyin və inkişafın təminatçısıdır. Beləliklə, Qazaxıstanda səsləndirilən bəyanat təkcə diplomatik çıxış deyil, Azərbaycanın gələcək siyasi və iqtisadi vizyonunun konseptual ifadəsidir.
Dövlətimizin başçısının də qeyd etdiyi kimi, türk dünyası yalnız türk dövlətlərindən ibarət deyil. Qardaş və dost ölkələr beynəlxalq arenada daim birlik nümayiş etdirməli, türk xalqlarının hüquqları və təhlükəsizliyinin qorunması üçün səylərini birləşdirməlidir. İnanırıq ki, Azərbaycanla Qazaxıstan arasında baş tutan tarixi görüş, imzalanan sənədlər və atılan digər addımlar iki ölkənin simasında bütövlükdə türk dünyası birliyinin möhkəmlənməsinə mühüm töhfə verəcək, o cümlədən bu ölkələrin beynəlxalq aləmdə nüfuzunun qorunub saxlanılmasını təmin edəcək.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30

