Qürur Günü
08.11.2025 [22:37]
Azərbaycanın tarixi və mədəni irsinin incisı sayılan Şuşa şəhərinin azad edilməsi ölkəmizin dövlətçilik salnaməsində xüsusi yer tutur. 2020-ci il noyabrın 8-də Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Şuşanın işğaldan azad olunması tariximizin qızıl səhifəsi kimi qeyd edilir. Prezident İlham Əliyevin Sərəncamına əsasən, bu əlamətdar gün hər il “Şuşa Şəhəri Günü” kimi qeyd olunur.
Şuşanın azad edilməsi təkcə Vətən müharibəsinin gedişində deyil, bütövlükdə regionun siyasi və geostrateji reallığında dönüş nöqtəsi oldu. Şəhərin strateji əhəmiyyəti, onun mədəni və mənəvi mirası, Qarabağın simvolu kimi rolu bu qələbənin dəyərini daha da artırdı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi-siyasi strategiya nəticəsində Azərbaycan tarixi ədaləti bərpa etdi və Şuşa öz sahiblərinə qayıtdı. Dövlət başçısı son çıxışlarında Şuşanın Azərbaycan xalqı üçün milli-mənəvi rəmz olduğunu, şəhərin işğaldan azad edilməsi ilə xalqın qürurunun və tarixi yaddaşının yenidən dirçəldiyini xüsusi vurğulayıb.
“Şuşa Şəhəri Günü” ölkəmizdə geniş şəkildə qeyd olunur, bu münasibətlə respublikanın müxtəlif bölgələrində tədbirlər, sərgilər, konfranslar və mədəni proqramlar təşkil edilir. Qeyd olunan gün Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı statusunu, onun tarixi əhəmiyyətini və müasir inkişafını bir daha önə çıxarır.
Azadlıqdan sonra Şuşada genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə şəhərdə bir sıra mühüm layihələrin icrası sürətlə davam edir. İnfrastrukturun bərpası, tarixi abidələrin yenidən dirçəldilməsi, yol-nəqliyyat layihələri, yaşayış və sosial obyektlərin inşası Şuşanın əvvəlki şöhrətinə qaytarılmasına xidmət edir.
Ənənəvi “Xarıbülbül” festivalının bərpası, Vaqif Poeziya Günlərinin yenidən keçirilməsi şəhərin mədəni həyatına yeni nəfəs verib.
Azərbaycan Prezidentinin 2020-ci il noyabrın 20-də imzaladığı Sərəncama əsasən, “Şuşanın azad olunmasına görə” medalı təsis edilib. Bu medal Şuşanın azad edilməsində xüsusi şücaət və qəhrəmanlıq göstərmiş hərbi qulluqçulara təqdim olunur. Minlərlə əsgər və zabitimiz bu yüksək təltifə layiq görülərək tarixə adlarını yazdırıb.
Şuşa Şəhəri Günü Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin, milli qürur və həmrəyliyin, dövlətçilik iradəsinin rəmzidir. Bu gün təkcə bir şəhərin qurtuluşu deyil, həm də Azərbaycan xalqının zəfər, əzmkarlıq və birlik günüdür.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxAnalitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19

