/ / Şəmkir rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
Şəmkir rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
12.11.2025 [16:18]
YAP Şəmkir rayon təşkilatı, Peşə liseyi ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 Noyabr - Konstitusiya Günü münasibətilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə baş tutan tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Peşə liseyi ərazi partiya təşkilatının sədri Nizami Əhmədov, rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatının üzvləri və partiya fəalları iştirak etdilər.
Tədbirdə ilk öncə Ümummilli liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edən Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Peşə liseyi ərazi partiya təşkilatının sədri Nizami Əhmədov və digər natiqlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Sərəncamının hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışıblar, ərazi bütövlüyümüzün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin bərpasını tarixdə qazanılan ən parlaq Zəfər kimi səciyyələndirib.
Ulu Öndər Heydər Əliyevin ötən əsrin sonlarında yenidən bərpa edilmiş dövlət müstəqilliyinin qorunub saxlanılması və onun əbədiliyinin təmin olunması istiqamətində müdrik addımlar atdığını qeyd ediblər və Ümummilli Liderin rəhbərliyi ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanaraq tariximizin ən vacib hadisələrindən biri kimi 1995-ci ilin 12 noyabrında ümumxalq referendumu yolu ilə qəbul edildiyini diqqətə çatdırıblar.
Qeyd olunub ki, çağdaş Azərbaycan tarixinə Heydər Əliyev Konstitusiyası kimi daxil olan Əsas Qanunda ali hakimiyyətin yeganə mənbəyinin məhz xalqa məxsusluğunun bəyan edilməsi, dolğun şərh olunan insan hüquq və azadlıqlarının təminatlı müdafiəsinin icra, qanunvericilik və məhkəmə orqanlarının ümdə vəzifəsi olaraq müəyyən edilməsi bu gün artıq dünya birliyində özünəlayiq yeri olan müstəqil respublikamızın ümumbəşəri demokratik imicini daha da yüksəldib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

