Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib
09.12.2025 [18:45]
Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış ediblər. Dövlət başçısı bildirib ki, Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib. Biz, eyni zamanda, bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq. İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir.
Azərbaycan son illərdə həyata keçirdiyi ardıcıl və sistemli xarici siyasət strategiyası nəticəsində beynəlxalq arenada mühüm nailiyyətlərə imza atmış, həm regional, həm də qlobal müstəvidə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir. Prezident İlham Əliyevin balanslı, çoxşaxəli və prinsipial xarici siyasət kursu sayəsində ölkəmiz qlobal güc mərkəzləri ilə strateji əməkdaşlıq əlaqələri qurmuş, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsində əhəmiyyətli aktora çevrilmişdir.
Azərbaycanın enerji və nəqliyyat siyasəti, eləcə də diplomatik fəaliyyəti ölkəmizin Şərq və Qərb arasında dayanıqlı, etibarlı və strateji körpü rolunu daha da gücləndirir. Azərbaycan Şərq–Qərb ticarət axınlarının genişləndirilməsində, müasir beynəlxalq logistika sisteminin formalaşdırılmasında və quru nəqliyyat bağlantılarının təkmilləşdirilməsində aparıcı dövlətlərdən biridir. Təhlükəsiz, davamlı və rəqabətqabiliyyətli multimodal nəqliyyat marşrutlarının yaradılması Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişafı baxımından həyati əhəmiyyət daşıyır və Azərbaycan logistika quru dəhlizlərinin, habelə əlaqəli ticarət yollarının inkişafında əsas rol oynayır.
Mərkəzi Asiya dövlətləri Şərq–Qərb ticarət yollarına, o cümlədən Zəngəzur dəhlizi kimi mühüm quru nəqliyyat marşrutlarına bağlı olduqları üçün strateji əhəmiyyət kəsb edirlər. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması regionda iqtisadi və sənaye inteqrasiyasını gücləndirə, eyni zamanda qlobal dəniz ticarət yollarında mövcud olan asılılığın azalmasına mühüm töhfə verə bilər.
Orta Dəhlizin geosiyasi əhəmiyyəti həm də onun Şimal–Cənub nəqliyyat xəttində Rusiya–Ukrayna müharibəsi fonunda yaranmış gərginliklər üçün alternativ marşrut rolunu oynaması ilə bağlıdır. Belə ki, Orta Dəhliz Qərb və Asiya arasında sanksiyalardan kənar, etibarlı və daha təhlükəsiz yol kimi diqqət mərkəzinə çıxır. Bu marşrutla Avropa bazarlarına çıxan Çin şirkətləri üçün logistika xərcləri azalır, yükdaşımaların çatdırılma müddəti qısalır. Nəticədə, Orta Dəhliz layihəsinin inkişafı Avrasiya məkanında logistika inteqrasiyasını sürətləndirir, qitələrarası ticarətin və investisiya axınlarının genişlənməsinə stimul verir.
Hal-hazırda Azərbaycan Orta Dəhlizin əsas tranzit ölkəsi kimi çıxış edir. Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolunun reabilitasiyası və modernləşdirilməsi hesabına xəttin ötürücülük qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılmışdır. Bu artım ölkəmizin ixrac–idxal imkanlarını genişləndirir, əlavə tranzit yüklərin cəlb olunmasına şərait yaradır və Azərbaycanın regiondakı strateji mövqeyini daha da möhkəmləndirir. Bununla yanaşı, Azərbaycan Xəzər dənizi vasitəsilə Türkiyə və Mərkəzi Asiya arasında mühüm logistik körpü rolunu davamlı şəkildə gücləndirir.
Hazırda ölkəmiz nəqliyyat və logistika sektorunda genişmiqyaslı infrastruktur layihələrini uğurla həyata keçirir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inkişaf konsepsiyasına uyğun olaraq, birinci mərhələdə limanın ümumi yük dövriyyəsi 15 milyon tona, konteyner tutumu isə 100 min TEU-ya çatdırılmışdır. İkinci mərhələnin tamamlanmasından sonra bu göstəricilərin müvafiq olaraq 25 milyon tona və 500 min TEU-ya yüksəldilməsi nəzərdə tutulur.
Xüsusilə, 2024-cü ilin noyabrında Azərbaycan, Qazaxıstan və Çin tərəfindən üçtərəfli investisiya şirkətinin yaradılması və Bakı (Ələt) Beynəlxalq Dəniz Limanı ərazisində 40 hektarlıq intermodal terminalın tikintisinə başlanması strateji əhəmiyyətli hadisədir. Yeni terminal konteyner daşımalarının həcminin artırılmasına, logistika xərclərinin optimallaşdırılmasına və Çin–Avropa marşrutu üzrə yüklərin yenidən yüklənmə müddətinin qısaldılmasına mühüm təsir göstərəcək.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

