Mövcud Azərbaycan reallığı
24.12.2025 [16:47]
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində müdrik xalqımız doğru, düzgün seçim edərək, Ulu Öndərimiz Heydər Əliyevin müraciətini dəyərləndirərək cənab İlham Əliyevə səs verdi. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin xalqa müraciətində qeyd etdiyi axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri uğurla başa çatdırdı. Ulu Öndərin bu çağırışından ötən 22 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmləndi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yerini tutdu, demokratik, hüquqi, dünyəvi dövlət kimi tanındı. Ötən müddətdə Azərbaycan davamlı olaraq inkişaf etdi, gücləndi, regionda güc mərkəzinə çevrildi. Cənubi Qafqaz regionunda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Bu, o deməkdir ki,müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren dövlətinə çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş nüfuzu qazandırıb.
Prezident İlham Əliyevin bütün çıxışlarının mahiyyətində bu amil dayanır ki, güclü dövlət, yüksək rifah həyata keçirilən siyasətin əsasını təşkil edir. Həmçinin bu məqam da diqqətə çatdırılır ki, 2003-cü ildə “Neft kapitalını insan kapitalına çevirək” tezisi irəli sürüləndə yalnız elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmirdi. Söhbət ondan gedirdi ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır. Dövlət məmurları insanların qayğıları ilə maraqlanmalı, daim onların yanında olmalıdırlar. Ölkə Prezidenti İlham Əliyev məmur - vətəndaş münasibətlərində, xalqla ünsiyyətdə öz şəxsi keyfiyyətləri və nümunəvi davranışı ilə ən mükəmməl örnək olmaqla yanaşı, haqlı olaraq dövlət idarəçiliyi sahəsində çalışan hər kəsdən də bunu tələb edir. Vətəndaş məmnunluğunun artırılması dövlətimizin başçısı cənab İlham Əliyevin fəaliyyətinin əsasında dayanır. Bu isə öz növbəsində xalq-iqtidar birliyini daha da möhkəmləndirir, sarsılmaz edir. Prezident İlham Əliyev xalqa güvəndiyini, xalqdan güc aldığını hər zaman bəyan edir. Daim ictimaiyyətin arasında olan, irəli sürülən təşəbbüslərin, qəbul olunan qərarların icrası ilə yaxından tanış olub, onlar barədə xalqın dilindən eşitməyə çalışan liderə milyonların sevgisi şəksiz olacaq.
Qeyd edək ki, 2020-ci il Vətən müharibəsində əldə edilən tarixi Zəfər təkcə torpaqların azad olunması deyildi. Bu möhtəşəm qələbə dövlətçilik fəlsəfəsini yenidən yazdı, Azərbaycan xalqının gücünü bütün dünyaya sübut etdi. Bu il Zəfərin 5-ci ilidir - Azərbaycanın qürur salnaməsinin beşinci səhifəsidir. Beş il ərzində Qarabağ və Şərqi Zəngəzur yenidən quruldu. Bölgəyə qayıdış başladı. Dövlət ən böyük quruculuq prosesini həyata keçirdi. Xankəndidən Laçına, Füzulidən Zəngilana qədər bütün ərazilər dirçəlişin mərkəzinə çevrildi. Zəfər Azərbaycanın gələcək yol xəritəsini müəyyənləşdirən milli sərvətdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün regionda tamamilə yeni təhlükəsizlik arxitekturasının müəllifidir. Bu arxitekturanın ən mühüm bəndi isə Azərbaycanla Ermənistan arasında ABŞ-da imzalanması gözlənilən sülh müqaviləsidir. Bu müqavilə sıradan bir diplomatik sənəd deyil. Bu Cənubi Qafqazda yeni beynəlxalq hüquqi reallıqları təsdiq edəcək, Azərbaycan torpaqlarının bütövlüyünü dünya düzənində tam legitimləşdirəcək, Bölgədə sabitlik və əməkdaşlıq üçün tarixi baza yaradacaq, regional iqtisadi layihələrə qapı açacaq. Bu müqaviləyə gedən yol, təsadüfi yox, Azərbaycan Prezidentinin dəqiq siyasi hesablamalarının, diplomatik cəsarətinin və güclü dövlət məntiqinin nəticəsidir. Bu gün dünyanın aparıcı gücləri Azərbaycanla strateji əməkdaşlığı prioritetə çevirir. Səbəbi aydındır. Azərbaycan enerji təhlükəsizliyində Avropanın dayağıdır. Asiya ilə Avropanı birləşdirən nəqliyyat qovşağıdır. Türk dünyasının siyasi mərkəzində mühüm söz sahibidir. Qlobal multilateral diplomatiyanın real aktorudur. Beləliklə “Azərbaycan Prezidentinin diplomatik fəallığı beynəlxalq sistemdə yeni balanslar yaradır.” Bu artıq təkcə təhlil deyil – qlobal siyasətin etirafıdır. Prezident İlham Əliyev təkcə bu günün yox, gələcək onilliklərin də siyasi landşaftını formalaşdırır. Onun liderliyində Azərbaycan öz sözünü deyən, öz gücünü göstərən, öz maraqlarını təmin edən, öz gələcəyini özü müəyyən edən bir dövlətdir. Cənab İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022-2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olub. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir.
Müstəqil, suveren, Azərbaycan sözü imzası qədər keçərli, nəyi, nə zaman və necə etməyi hamıdan yaxşı bilən cənab İlham Əliyev kimi qətiyyətli və qüdrətli Lideri olan Azərbaycanı heç kim və heç nə dayandıra, öz haqq yolundan döndərə bilməz. Artıq bizim taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı öz taleyinin sahibidir. 22 il ərzində Azərbaycan xalqı bütün dünyaya sübut edə bilib ki, biz müstəqil dövlət kimi yaşaya və inkişaf edə bilərik. İqtisadi inkişaf templərinə görə Azərbaycan dünya miqyasında lider dövlətdir. Son illər ərzində dünya miqyasında heç bir başqa ölkədə Azərbaycandakı qədər görülən işlər və əldə edilmiş nailiyyətlər olmamışdır. Bunlar sadəcə olaraq ümumi sözlər deyil, mövcud Azərbaycan reallığıdır.
Rəna Bayramova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

