/ / Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi
Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi
29.12.2025 [17:49]
İkinci Qarabağ müharibəsi dövründə siyasi əqidəsindən, sosial statusundan, tutduğu vəzifədən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı yüksək səviyyədə milli həmrəylik nümayiş etdirmişdir. Müharibə müddətində xalqımız dövlət başçısının nümayiş etdirdiyi qətiyyətə, güclü siyasi iradəyə və prinsipial mövqeyə şahid olmuşdur. Prezident İlham Əliyevin liderlik nümunəsi Azərbaycan xalqını Zəfərə ruhlandırmış, dövlət başçısının vətənpərvər mövqeyi torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizədə ümummilli həmrəyliyi təmin etmişdir. Ali Baş Komandanın qətiyyəti və müharibənin ilk günlərindən etibarən nümayiş etdirdiyi hərbi-siyasi əzm hər bir azərbaycanlının öz rəhbərinin ətrafında daha sıx birləşməsinə səbəb olmuşdur.
Qeyd edilməlidir ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da Vətən müharibəsi dövründə misilsiz fəallıq göstərmiş, milli həmrəylik ruhunda daha sıx birləşmişlər. Onlar yaşadıqları ölkələrdə Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmiş, düşmən qüvvələrin və anti-Azərbaycan dairələrinin məkrli təxribatlarına qarşı prinsipial və cəsarətli mövqe sərgiləmişlər. Xaricdə yaşayan soydaşlarımızın göstərdiyi bu fədakar fəaliyyət Qələbəmizin təmin olunmasında mühüm mənəvi-siyasi töhfə kimi dəyərləndirilir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, Vətənə sevgi, milli-mənəvi dəyərlərə hörmət və dövlətçilik ideyalarına sədaqət kimi ali dəyərləri özündə ehtiva edir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirak etməklə yanaşı, Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrin genişlənməsinə əhəmiyyətli töhfələr verir, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılmasında, zəngin milli-mədəni irsimizin təbliğində və erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyətli mövqe nümayiş etdirirlər.
Azərbaycan dövlətinin ardıcıl dəstəyi nəticəsində dünya azərbaycanlıları qardaş və dost xalqların diaspor və lobbi təşkilatları ilə səmərəli əməkdaşlıq əlaqələri qurur, ölkəmizin tarixinin, milli-mənəvi dəyərlərinin və dövlətçilik ənənələrinin nəsildən-nəslə ötürülməsi istiqamətində mühüm fəaliyyət həyata keçirirlər.
Azərbaycan dövlətçiliyinə, ana dilimizə, dinimizə, milli-mənəvi varlığımıza və ümumbəşəri dəyərlərə hörmət prinsiplərinə əsaslanan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dahi dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin xalqımıza bəxş etdiyi əlamətdar tarixi günlərdən biridir. Bu əlamətdar gün hər bir azərbaycanlını Vətənə sədaqət, milli məsuliyyət və Azərbaycanın davamlı inkişafı naminə birgə fəaliyyət göstərməyə səsləyir.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

