20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət: tarixi ədalətin bərpası
19.01.2026 [13:59]
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik yolunda verdiyi ən ağır, eyni zamanda ən şərəfli qurbanların simvoludur. 1990-cı il yanvarın 20-də sovet imperiyasının hərbi birləşmələri tərəfindən dinc əhaliyə qarşı törədilən qanlı qırğın xalqımızın iradəsini sındıra bilmədi, əksinə, milli azadlıq ruhunu daha da gücləndirdi. Bu faciə təkcə insan itkiləri ilə deyil, həm də hüququn, ədalətin və insan haqlarının kobud şəkildə tapdanması ilə yadda qaldı.
Faciədən dərhal sonra sovet rəhbərliyinin cinayətkar əməlləri ört-basdır etməyə çalışdığı bir vaxtda, xalqın səsini ucaldan, həqiqəti açıq şəkildə bəyan edən böyük siyasi iradə məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən nümayiş etdirildi. 1990-cı il yanvarın 21-də onun Moskvada Azərbaycanın daimi nümayəndəliyində verdiyi tarixi bəyanat 20 Yanvar hadisələrinə verilən ilk cəsarətli siyasi qiymət oldu.
Ümummilli Liderin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərarın qəbul edilməsi isə tarixi ədalətin bərpası yolunda mühüm dönüş nöqtəsi oldu. Həmin qərarla sovet ordusunun Bakıda törətdiyi qırğın açıq şəkildə hərbi təcavüz və cinayət aktı kimi qiymətləndirildi, faciəyə görə məsuliyyət daşıyan şəxslərin adları konkret şəkildə göstərildi. Bu addım, o dövrün mürəkkəb siyasi şəraitində misilsiz cəsarət nümunəsi idi.
Məhz Heydər Əliyevin qətiyyətli mövqeyi nəticəsində 20 Yanvar faciəsi illər sonra, 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən də dövlət səviyyəsində siyasi-hüquqi qiymətini aldı. Bu qərar şəhidlərimizin xatirəsinə ehtiramın, xalqımızın tarixi yaddaşına sədaqətin bariz ifadəsi oldu.
Bu gün müstəqil, güclü və qalib Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin amalını layiqincə yaşadır. Onların qanı bahasına qazanılan müstəqillik Ümummilli Lider Heydər Əliyevin siyasi xətti və Prezident İlham Əliyevin uğurlu rəhbərliyi ilə daha da möhkəmləndirilmiş, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunmuşdur.
20 Yanvar faciəsinin 36-cı ildönümündə xalqımız şəhidlərin əziz xatirəsini dərin ehtiramla anır, azadlıq və müstəqillik yolunda göstərilən qəhrəmanlığı milli qürur hissi ilə yad edir. Bu faciə bir daha sübut etdi ki, Azərbaycan xalqının iradəsi sarsılmazdır və tarixi ədalət gec-tez mütləq bərpa olunur.
Xəbər lenti
Hamısına baxSosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42

