YAP Sədrinin müavini Tahir Budaqov Vyetnam Kommunist Partiyasının Baş katibi ilə görüşüb
26.01.2026 [16:22]
Yanvarın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Vyetnam Sosialist Respublikasına səfəri çərçivəsində Vyetnam Kommunist Partiyasının Baş katibi To Lam ilə görüşüb.
Görüşdə Azərbaycan-Vyetnam münasibətlərinin dərin tarixi köklərə malik olduğu vurğulanaraq xalqlarımız arasındakı dostluq əlaqələrinin hələ SSRİ dönəmində formalaşdığı, Vyetnam xalqının öndəri Ho Şi Minin 1959-cu ildə Azərbaycana, Ümummilli Lider Heydər Əliyevin isə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama səfərinin tarixi əhəmiyyət daşıdığı bildirilib.
Baş katib To Lam ötən ilin may ayında ölkəmizə səfərini xatırladıb və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi də Vyetnamda səbirsizliklə gözlədiklərini deyib. O, strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunması ilə Azərbaycan-Vyetnam münasibətlərinin yeni inkişaf mərhələsinə yüksəldiyini deyib.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Vyetnam Kommunist Partiyasının 14-cü qurultayının uğurla baş tutması və yenidən partiyanın Mərkəzi Komitəsinin Baş katibi seçilməsi münasibətilə To Lamı Yeni Azərbaycan Partiyası adından təbrik edib. O, Azərbaycan ilə Vyetnam arasında münasibətlərin inkişafında liderlər arasında şəxsi dostluğun böyük rol oynadığını bildirərək müxtəlif sahələrdə, o cümlədən statistika qurumları arasında əməkdaşlığın genişləndirilməsinin diqqət mərkəzində olduğunu deyib.
Görüş zamanı hakim siyasi partiyalar arasında əlaqələrin Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı xüsusunda əhəmiyyəti vurğulanaraq 2023-cü ildə imzalanmış Əməkdaşlıq Sazişindən irəli gələn vəzifələrin müvəffəqiyyətlə həyata keçirildiyi qeyd olunub.
Səfər çərçivəsində Tahir Budaqov Vyetnam xarici işlər nazirinin müavini Nquyen Minh Vu ilə də görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

