YAP Samux rayon təşkilatında hesabat-seçki yığıncaqları davam etdirilir
30.01.2026 [16:57]
30 yanvar 2026-cı il tarixdə YAP Samux rayon təşkilatının Çobanabdallı kənd ərazi partiya təşkilatında hesabat yığıncağı keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqda Çobanabdallı kənd ərazi partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Ərazi partiya təşkilatının sədri Fazil Abdıyev çıxış edərək, hesabat məruzəsində partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələrin icrası, ictimai-siyasi və mədəni tədbirlərdə iştirakı, partiya üzvlərinin fəallığının artırılması və ideoloji fəaliyyətin təşkili barədə ətraflı məlumat verib.
Hesabatı dinləyən ərazi partiya təşkilatının üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. Səsvermə nəticəsində Fazil Abdıyev yenidən Çobanabdallı ərazi partiya təşkilatının sədri, Elşad Məhərrəmov isə sədr müavini seçilib.
Çıxış edən partiya üzvləri Elşad Məhərrəmov, Coşqun Bayramov, Eynur Fərmanlı Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətinin siyasi və iqtisadi həyatındakı müsbət rolundan və çağdaş tariximizin yaradılmasındakı səmərəli fəaliyyətindən bəhs edərək, partiya üzvlərinin bundan sonra da, YAP-ın Proqram və Nizamnamə tələblərinə ciddi əməl etmələrini əsas vəzifə kimi qəbul etdiklərini bildirib, yaradıcısı Ulu Öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının üzvləri olaraq Azərbaycanımızın daha da inkişaf etməsinə , ölkəmizin beynəlxalq nüfuzunun artırılması üçün xalq-iqtidar birliyinin möhkəmləndirilməsinə xidmət edəcəyini vurğulayıblar.
Sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək, yenidən seçilmiş ərazi partiya təşkilatının sədrini və müavini təbrik edib və onlara siyasi fəaliyyətlərində uğurlar arzulayıb. G.Bayramov daha sonra Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatında oynadığı mühüm roldan bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası hazırda İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi tərəqqisinin təmin olunmasında, ictimai-siyasi sabitliyin qorunmasında və milli birliyin möhkəmləndirilməsində həlledici rol oynayır. Sədr həmçinin qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yerli strukturları dövlət siyasətinin ictimaiyyətə düzgün və dolğun çatdırılmasında mühüm rol oynayır, ərazi partiya təşkilatlarının fəallığı isə bu fəaliyyətin səmərəliliyini əhəmiyyətli dərəcədə yüksəldir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

