/ / Qusarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib
Qusarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib
09.05.2026 [09:55]
Qusarda mayın 8-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev: dövlətçilik, mədəniyyət və milli irs” mövzusunda ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdən əvvəl Qusar Rayon İcra Hakimiyyətinin başçısı,YAP Qusar rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri və kollektivləri, ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir.
Tədbir Elza İbrahimova adına Qusar Şəhər Uşaq İncəsənət Məktəbində davam etdirilmişdir. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətindən, onun müstəqil Azərbaycanın inkişafındakı rolundan və xalq qarşısında misilsiz xidmətlərindən bəhs etmişdir. İcra başçısı xüsusi vurğulamışdır ki, Heydər Əliyev təkcə siyasi lider deyil, həm də böyük mədəniyyət hamisi, incəsənətin dərin bilicisi idi. “Ulu Öndər teatrı, kinonu, musiqini - mədəniyyətin bütün qollarını hərtərəfli dövlət qayğısı ilə əhatə edirdi. Çünki o, bilirdi ki, mədəniyyəti olmayan xalqın gələcəyi yoxdur. Heydər Əliyev özü əsl mədəniyyət adamı, incə ruhlu, sənətə və sənətkara dəyər verən şəxsiyyət idi”, - deyə Sahir Məmmədxanov bildirmişdir.
Tədbirdə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Heydər Əliyev siyasi irsinin fəlsəfi mahiyyətindən, onun Azərbaycançılıq ideologiyasının təməl prinsiplərindən bəhs etmişdir. David İbramxəlilov çıxışında bildirmişdir: “Bu gün təqvimdə 8 Maydır. Bir zamanlar bu tarixi biz Şuşanın işğal günü kimi yad edirdik. Bu gün isə Şuşa azaddır, Qarabağ azaddır. Biz artıq qalib xalqıq. Əminəm ki, Ulu Öndər Heydər Əliyev bu Zəfəri görsəydi, qəlbi fərəh hissi ilə dolardı. Bu gün onun ruhu şaddır. Çünki layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi”. YAP sədri Heydər Əliyev irsinin yalnız tarix olmadığını, həm də bugünkü inkişafımızın ideya mənbəyi olduğunu xüsusi vurğulamışdır.
Tədbirdə Qusar şəhər 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi, “Ən yaxşı təqdimat: Heydər Əliyev – 103” müsabiqəsinin qalibi Elmir Ağamirzəyev müsabiqədə qalib gəldiyi təqdimatla çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyatı, çoxşaxəli dövlətçilik fəaliyyəti haqqında ətraflı məlumat vermiş, Heydər Əliyevin Qusar rayonu haqqında dəyərli fikir və düşüncələrini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Rəsmi hissədən sonra tədbir Qusar Şəhər Uşaq İncəsənət Məktəbinin şagird və müəllim kollektivinin, rayonun tanınmış incəsənət nümayəndələrinin təqdimatında konsert proqramı ilə davam etdirilmişdir.
Tədbir çərçivəsində qusarlı Vətən Müharibəsi Qəhrəmanı Renat Şıxnəbiyevin valideynlərinə Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqələri təqdim edilmişdir. Həmçinin “Ən yaxşı təqdimat: Heydər Əliyev – 103” müsabiqəsinin qalibi Elmir Ağamirzəyevə rayon icra hakimiyyətinin başçısı tərəfindən qiymətli hədiyyə təqdim olunmuşdur.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16

