“Qanla yazılan tarix unudulmur”
27.02.2014 [09:20]
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı elan etdiyi məqalə müsabiqəsinin nəticələri açıqlanıb
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Gənclər Birliyinin Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı “Qanla yazılan tarix unudulmur” mövzusunda elan etdiyi məqalə müsabiqəsinin nəticələri açıqlanıb. Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Xocalı faciəsinin xalqımıza qarşı törədilən ən qanlı hadisələrdən biri olduğunu bildirib. T.Tağıyev Xocalı faciəsinin beynəlxalq müstəvidə soyqırımı kimi tanıdılması sahəsində əldə edilən uğurlardan söz açaraq, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu qətliamın dünyanın bir çox ölkələri, o cümlədən Meksika, Kolumbiya, Pakistan, Avropada ilk olaraq Çex Respublikası, ABŞ-ın bir neçə ştatı tərəfindən soyqırımı və ya insanlığa qarşı cinayət kimi tanındığını qeyd edib.
Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edən təşkilat sədri Ermənistan tərəfindən ölkəmizə qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasəti, onun ağır nəticələri, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən hadisələr barədə məlumat verib, soyqırımı zamanı törədilmiş vəhşiliklərin insanlığa sığmayan əməllər olduğunu qeyd edib. T.Tağıyevin sözlərinə görə, belə müsabiqələrin keçirilməsində məqsəd gənc nəsil arasında Xocalı soyqırımı həqiqətlərinə diqqəti daha çox yönəltməkdən ibarətdir.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı çıxış edərək məqalə müsabiqəsinin iki həftə əvvəl elan olunduğunu xatırladıb. Onun sözlərinə görə, bu müsabiqədə Nərimanov rayonu ərazisində fəaliyyət göstərən ali məktəblərin tələbələri iştirak ediblər. Çıxışlarda Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, erməni vəhşiliklərini əks etdirən materialların beynəlxalq təşkilatlar qarşısında nümayiş etdirilməsində, soyqırımının dünya ölkələri tərəfindən tanınmasında Heydər Əliyev Fondunun xidmətləri, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd edək ki, “Qanla yazılan tarix unudulmur” məqalə müsabiqəsinin qalibi Odlar Yurdu Universitetinin 3-cü kurs tələbəsi Günay İmanova olub.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22

