/ / YAP İsmayıllı rayon təşkilatı “Yerli problemlərin həlli sahəsində bələdiyyələrin fəaliyyəti və bələdiyyə seçkiləri ilə bağlı qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirib
YAP İsmayıllı rayon təşkilatı “Yerli problemlərin həlli sahəsində bələdiyyələrin fəaliyyəti və bələdiyyə seçkiləri ilə bağlı qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirib
02.04.2014 [09:15]
Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatı Heydər Əliyev adına Mərkəzdə kənd ərazi ilk partiya təşkilatları sədrlərinin və bələdiyyə sədrlərinin iştirakı ilə “Yerli problemlərin həlli sahəsində bələdiyyələrin fəaliyyəti və bələdiyyə seçkiləri ilə bağlı qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, dövlətin inkişafında ali məqsədlərdən olan sağlam vətəndaş cəmiyyətinin formalaşması əhəmiyyətli dərəcədə yerli özünüidarəetmənin inkişaf etdirilməsindən asılıdır. Qeyd edilib ki, yerli özünüidarəetmə inkişaf etmiş demokratik, hüquqi və sosial dövlətin və bu dövlətdə mövcud olan vətəndaş cəmiyyətinin ən mühüm subyektlərindən biridir. Müasir dövrdə praktikada geniş yayılmış yerli özünüidarəetmə vahidi bələdiyyələrdir. Bələdiyyələr digər yerli özünüidarəetmə vahidlərindən həm əhalinin sayına, həm də hüquq, vəzifə və səlahiyyətlərinə görə fərqlənir. Bələdiyyələr xalqa daha yaxın yerli özünüidarə vahidləridir. Bunun səbəbi bələdiyyələrə məxsus vəzifələrin xalqın gündəlik həyatı ilə sıx bağlı olmasıdır. Məhz buna görə də, Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsi-referendum ilə qəbul edilmiş Konstitusiyasının 142-ci maddəsində birmənalı olaraq Azərbaycanda yerli özünüidarəetmənin bələdiyyələr tərəfindən həyata keçirildiyi göstərilir.
İsmayıllı rayonu ərazisində olan bələdiyyələr fəaliyyətdə olduqları müddətdə rayonun iqtisadi inkişafına müəyyən töhfələr veriblər. Belə ki, əsasən kənd ərazilərində bələdiyyələrin öz daxili imkanları hesabına kəndarası yollara çınqıl tökülüb, bələdiyyə tabeliyində olan binalarda, ərazilərdə abadlıq işləri aparılıb. Bələdiyyə sədrləri əhali ilə vaxtaşırı görüşlər keçirib, bələdiyyə tabeçiliyində olan ərazilərdə əhalinin təsərrüfat fəaliyyəti ilə məşğul olması üçün onlara lazimi köməklik göstəriblər.
Daha sonra çıxış edən YAP İsmayıllı rayon təşkilatının Şura üzvləri Rövşən Ağayev və Rüstəm Səmədov bildiriblər ki, respublikamızda bələdiyyələrin fəaliyyəti, onların texniki təchizatı və maliyyə problemlərinin həlli istiqamətində böyük işlər görülməkdədir. İsmayıllı rayonu ərazisində olan bələdiyyələrin fəaliyyəti, onların daha da inkişafı və əhalini narahat edən problemlərin həllində daha səmərəli fəaliyyət göstərməsi məqsədilə onlar üçün şərait yaradılıb. Bələdiyyələrin iş keyfiyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən tədbirlər davam etdirilir.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

