YAP Nəsimi rayon təşkilatında bələdiyyə seçkiləri ilə əlaqədar toplantı keçirilib
04.11.2014 [09:57]
Məlahət İbrahimqızı: Partiyamızın öz fəaliyyətində söykəndiyi ideologiya onu daim uğurlara aparır
Noyabrın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında bələdiyyə seçkiləri ilə əlaqədar toplantı keçirilib. Toplantıda təşkilatın şura üzvləri və ilk partiya təşkilatlarının rəhbərləri iştirak ediblər. YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası həyatımızın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirir. M.İbrahimqızı qeyd edib ki, YAP-ın milli maraqlarımıza və ölkəmizin inkişafına xidmət edən fəaliyyəti cəmiyyət tərəfindən daim yüksək dəyərləndirilir. Onun sözlərinə görə, partiyamızın öz fəaliyyətində söykəndiyi ideologiya onu daim uğurlara aparır.
Yeni Azərbaycan Partiyasının qarşıdan gələn bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşdığını deyən təşkilat sədri bildirib ki, YAP seçkilərin keçirilməsində böyük, zəngin təcrübəyə malikdir. Onun sözlərinə görə, bu mənada dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində də qazanılan təcrübədən səmərəli istifadə olunacaq. “Bizim seçkilərə hazırlıqla bağlı heç bir problemimiz yoxdur. Rəhbərlik etdiyim YAP Nəsimi rayon təşkilatı da bu kampaniyaya hazırdır. Seçki üzrə böyük təcrübə qazanmış xeyli sayda mütəxəssislərimiz var ki, onlar kampaniya dövründə dairə və məntəqələrdə təmsil olunur. Eləcə də, müşahidəçi funksiyasını yerinə yetirən fəallarımız xeyli saydadır. Bizim təşkilatın 26 min nəfərə qədər üzvü var. Mütəmadi olaraq ilk təşkilatlarla sıx işləyirik” - deyə, M.İbrahimqızı qeyd edib.
Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini, YAP Nəsimi rayon təşkilatının sədr müavini Elsevər Ağayev bildirib ki, partiyamızın yaşı, demək olar ki, müstəqil dövlətimizin yaşı qədərdir. “Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan dövləti ilə demək olar ki, paralel addımlayıb. Bu gün Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının böyük rolu vardır. Bu nailiyyətlərin qazanılmasında hər bir partiya üzvümüzün əməyi var. Bütün bu xidmətlər Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq və gələcək nəsillərə çatdırılacaq. Çünki Yeni Azərbaycan Partiyası böyük bir şəxsiyyətin - bütün həyatını Azərbaycan xalqına həsr etmiş çağdaş dövlətimizin banisi Ulu öndərimiz Heydər Əliyevin ideyaları ilə yaranıb”, deyən sədr müavini hər bir partiya üzvünün Azərbaycanın qazandığı bu uğurlarla qürur duyduğunu vurğulayıb. Tədbirdə bələdiyyə seçkiləri ilə əlaqədar ilk partiya təşkilatlarına müvafiq tövsiyələr verilib.
Sonda partiya işində fəallıq göstərənlərə fəxri fərmanlar, YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqəsi təqdim olunub.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

