YAP Masallı rayon təşkilatında namizədlərlə görüş keçirilib
16.12.2014 [10:18]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Masallı rayon təşkilatı tərəfindən Masallı rayon bələdiyyələrinə namizədlikləri irəli sürülmüş gənclər, qadınlar, eləcə də Seçki Qərargahının üzvləri ilə görüş keçirib. Tədbirdə YAP Siyasi Şurasının üzvü, millət vəkili, parlamentin Sosial siyasət komissiyasının sədri Hadi Rəcəbli, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov iştirak ediblər.
Tədbiri YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq təbliğat kampaniyası dövründə aparılan işlər barədə ətraflı məlumat verib: “Rayon üzrə fəaliyyətdə olan 36 bələdiyyəyə partiya tərəfindən 366 nəfərin namizədliyi irəli sürülüb ki, bunların da 99 nəfərini qadınlar, 65 nəfərini gənclər təşkil edir. Rayon təşkilatının Seçki Qərargahının üzvləri təbliğat-təşviqat kampaniyası çərçivəsində ərazilərdə seçicilərlə görüşlərini davam etdirirlər. YAP bütün seçkilərdə olduğu kimi, bu seçkidə də parlaq qələbə qazanacaq, bələdiyyələrdə daha çox üzvlə təmsil olunacaq”.
Seyfəddin Əliyev eyni zamanda, qarşıdan gələn bələdiyyə seçkilərinin siyasi-hüquqi, sosial və mədəni əhəmiyyətindən, Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün sahələrini əhatə edən səmərəli fəaliyyətindən bəhs edib.
Sonra YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Sosial siyasət komissiyasının sədri Hadi Rəcəbli çıxış edərək son illər Azərbaycanda dinamik inkişaf edən iqtisadiyyatdan söhbət açıb: “Azərbaycan dünya ölkələri arasında öz iqtisadi qüdrətinə görə önəmli yer tutan bir ölkəyə çevrilib. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi düzgün iqtisadi və sosial siyasət nəticəsində Azərbaycan nəinki regionda, eyni zamanda, Avropa miqyasında güclü inkişaf edən bir dövlətə çevrilib”.
Natiq daha sonra YAP tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş fəallara bu siyasi marafonda uğurlar arzulayıb.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək bildirib ki, YAP bütün seçkilərə məhz xalqın dəstəyini qazana biləcək namizədlərlə gedir. Ona görə də, hər bir seçkidə partiyamız inamlı qələbə qazanır: “İnanıram ki, bu seçkilərdə də YAP-ın rayon təşkilatları, o cümlədən, YAP Masallı rayon təşkilatı ən layiqli insanların namizədliklərini irəli sürməklə qələbənin təməlini qoyub”.
Daha sonra YAP Masallı rayon təşkilatı Seçki Qərargahının üzvü Qardaş Fətullayev çıxış edərək YAP tərəfindən namizədliyi irəli sürülmüş partiya üzvlərinə seçkilərdə uğurlar arzulayıb.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxSosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42

