Azərbaycan cəmiyyəti növbəti dəfə YAP-ın namizədlərinə etimad göstərəcək
16.12.2014 [10:22]
Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatında bələdiyyə seçkilərində partiyanın namizədlərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş keçirilib. Görüşdə YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov bələdiyyə seçkilərinin əhəmiyyətindən bəhs edib. Rayon ərazisində aparılan təbliğat işləri ilə əlaqədar ətraflı məlumat verən E.İsmayılov bildirib ki, YAP Mərkəzi Aparatı tərəfindən verilmiş tapşırıq və tövsiyələrə uyğun olaraq təbliğat kampaniyası uğurla və çevik iş mexanizmi şəraitində davam etdirilir.
Rayon təşkilatının sədri bildirib ki, qələbələr partiyası olan YAP bu seçkilərə də üstün nüfuzunun və yüksək ictimai dəstəyin fonunda gedir: “Goranboy seçiciləri ölkəmizin gələcək inkişafı, tərəqqisi üçün seçkilərdə aktiv iştirak etməli və YAP-ın namizədlərinə səs verməlidirlər”.
Daha sonra YAP Goranboy rayon təşkilatının Aparat rəhbəri Əzra Həşimova bələdiyyələrin yerlərdə gördüyü işlərdən ətraflı danışıb. Bildirib ki, partiyamız tərəfindən irəli sürülmüş namizədlərimiz qələbə qazanaraq rayonun və yaşayış məntəqələrin rifahı naminə əllərindən gələni əsirgəməyəcəklər: “İnanıram ki, bu seçkilərdə də Azərbaycan cəmiyyəti YAP-ın namizədlərinə etimad göstərəcək”.
Rayon Ağsaqqallar Şurasının sədri Məzahir Zeynalov isə çıxışında qeyd edib ki, seçicilər qarşıdan gələn bələdiyyə seçkilərinə böyük ruh yüksəkliyi ilə gedirlər. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində vətəndaşlar gələcəyə nikbin baxırlar. Ona görə də, YAP bu seçkilərdə də qələbə qazanacaq.
YAP İdarə Heyətinin üzvü Kərim Kərimov isə geniş məruzə ilə çıxış edib. O deyib ki, Yeni Azərbaycan Partiyası üstün nüfuza malik olan ümumxalq partiyasıdır: “Partiyanın fəaliyyəti Azərbaycanın milli maraqlarına əsaslanır. Ona görə də bu siyasətə dəstək mənasında Goranboy seçicilərinin bu seçkilərdə də YAP-ın namizədlərinə səs verəcəklərinə inanıram”.
Kərim Kərimov YAP-ın qarşıdan gələn bələdiyyə seçkilərində gənclər və qadınlara üstünlük verdiyini vurğulayaraq diqqətə çatdırıb ki, müasir seçki texnologiyalarından səmərəli istifadə olunması, təbliğat-təşviqat kampaniyasının olduqca səmərəli həyata keçirilməsi partiyamızın üstün qələbə qazanması baxımından mühüm əhəmiyyət kəsb edir.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21

