YAP ölkəmizdə alternativsiz siyasi qüvvədir
18.12.2014 [10:16]
Tovuz rayonunda bələdiyyə seçkilərində YAP tərəfindən irəli sürülmüş gənc namizədlərlə və ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatı 23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində növbəti görüş partiyamız tərəfindən Tovuz rayonunda fəaliyyət göstərən bələdiyyələr üzrə irəli sürülmüş gənc namizədlər və bu seçkilərdə ilk dəfə səs verəcək gənc seçicilərlə keçirilib. Görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov və YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov da iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov qarşıdan gələn bələdiyyə seçkisindən danışıb və bələdiyyə seçkilərinin idarəetmədə mühüm rol oynadığını, bələdiyyələrin Avropa ölkələrinin idarəetmə sistemində geniş təcrübəyə və böyük nüfuza malik olduğunu qeyd edib. O, həmçinin, bildirib ki, YAP ölkəmizdə alternativsiz siyasi qüvvədir.
Milli Məclisin üzvü Nizami Cəfərov isə ölkəmizdə həyata keçirilən gənclər siyasəti haqqında məlumat verib. N.Cəfərov deyib ki, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir və bu siyasət xalq tərəfindən yekdilliklə dəstəklənir. Bu siyasətin həyata keçirilməsində gənclərin də rolu var. O, bildirib ki, bu gün Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasəti gənc nəslin ölkə həyatında fəal iştirakına, onların intellektual inkişafına və potensiallarının artırılmasına əsaslı zəmin yaradıb: “Gənclərin seçkili orqanlarda təmsilçiliyinin artması da müsbət məqamdır. Bu seçkilərdə də gənc namizədlərin seçicilərin etimadını qazanacağına inanıram”.
N.Cəfərov əmin olduğunu vurğulayıb ki, YAP-ın irəli sürdüyü gənc namizədlər öz fəaliyyətləri ilə etimadı doğruldacaqlar.
YAP Tovuz rayon təşkilatı Gənclər Birliyinin sədri İlqar Kərimov Azərbaycanda həyata keçirilən gənclər siyasətinin uğurları haqqında ətraflı məlumat verərək deyib ki, bu gün ölkəmizin əldə etdiyi nailiyyətlərdə gənclərin də rolu və payı var. O, gənc namizədlərə bu seçki marafonunda uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

