YAP Hacıqabul rayon təşkilatının Gənclər Birliyinin konfransı keçirilib
04.03.2015 [09:58]
Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının Gənclər Birliyinin III Konfransı keçirilib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidənin önünə tər çiçəklər düzülüb.
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin üzvləri, YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və YAP Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev iştirak ediblər.
Konfransı açıq elan edən YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlarından danışıb. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının üzvü olan gənclər hər zaman ölkədə gedən proseslərin önündə olublar: “Dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar, həmçinin, ölkənin yeni inkişaf imkanları Azərbaycanda gənclər siyasətinin yeni strategiyasının hazırlanmasını və qəbulunu zəruri edir. Bununla əlaqədar möhtərəm Prezidentimiz 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası barədə Sərəncam imzalayıb. Bu İnkişaf Strategiyası Azərbaycanın gələcək uğurlarının təməli sayıla bilər”.
Daha sonra hesabat məruzəsi ilə çıxış edən YAP Hacıqabul rayon təşkilatının Gənclər Birliyinin sədri Saleh Ələsgərov da həyata keçirilən gənclər siyasətini dövlət siyasətinin önəmli tərkib hissəsi adlandırıb: “Ümumiyyətlə, Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır”.
S.Ələsgərov vurğulayıb ki, partiya rayon təşkilatının gənc üzvləri ölkənin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edirlər. Bildirilib ki, YAP Hacıqabul rayon təşkilatının gənc üzvləri YAP Gənclər Birliyinin həyata keçirdiyi layihələrdə, yay və qış məktəblərində də fəal iştirak ediblər.
Daha sonra çıxış edən Günay Mustafayeva, Aqil Aslanov, Xalid Rəcəbli və Aynur Qasımzadə hesabat məruzəsini qənaətbəxş hesab ediblər və ölkəmizdə həyata keçirilən gənclər siyasətini, o cümlədən, YAP Hacıqabul rayon təşkilatının Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndiriblər.
Konfransda çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və YAP Hacıqabul rayon təşkilatının Qadınlar Şurasının sədri, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini Zeynəb Əsgərova müasir Azərbaycan gənclərinin cəmiyyətdə və partiyadakı rolundan, dövlət gənclər siyasətinin həyata keçirilməsindən ətraflı danışıblar, gənclərə tövsiyələrini veriblər.
Daha sonra YAP Hacıqabul rayon təşkilatının Gənclər Birliyinin Şura və İdarə Heyətinin yeni üzvləri seçilib. Saleh Ələsgərov YAP Hacıqabul rayon təşkilatının Gənclər Birliyinin sədri seçilib. Bundan başqa, YAP Hacıqabul rayon təşkilatının Gənclər Birliyinin sədr müavinləri və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin respublika konfransına 2 nəfər nümayəndə seçilib.
Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul edilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31

