Əhliman Əmiraslanov sabirabadlı seçicilərlə görüşüb
27.10.2015 [09:53]
Yeni Azərbaycan Partiyasının (YAP) 65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsindən deputatlığa namizədi, akademik Əhliman Əmiraslanovun seçicilərlə silsilə görüşləri davam edir. Növbəti belə görüş Sabirabad rayonunun Yolçubəyli kəndində baş tutub. Görüşdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev rayonda Əhliman Əmiraslanovun təşəbbüsü ilə görülən işlərdən söz açıb, Əhliman Əmiraslanovun Sabirabad əhalisinə qarşı diqqət və qayğısından danışıb. N.Quliyev bildirib ki, deputatlığa namizəd, akademik Əhliman Əmiraslanovun bu dairədən ikinci dəfə namizədliyinin irəli sürülməsi onun ölkədəki, o cümlədən Sabirabad rayonundakı hörməti və nüfuzu ilə əlaqədardır.
Növbəti dəfə seçicilərinin görüşünə gələn Əhliman Əmiraslanov da öz çıxışında YAP-ın əldə etdiyi nailiyyətlərdən danışıb. O, son illərdə ölkə Prezidentinin tapşırıqları əsasında digər rayonlar kimi Sabirabadda da əhalinin yaşayış şəraitinin yüksəldilməsi məqsədilə irimiqyaslı layihələrin icra olunduğunu, həmçinin yenidənqurma işlərinin aparıldığını bildirib: “Bu gün ölkə Prezidenti, partiyamızın Sədri, cənab İlham Əliyev bu istiqamətdə məqsədyönlü işlər aparır. Bu gün hər birimiz Azərbaycanımız naminə, Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasətə dəstək olaraq, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yol ilə, dövlətimizin inkişafı üçün səylərimizi əsirgəməyərək yeni hədəflərə doğru addımlamalıyıq. İnanıram ki, uğur daim bizimlə olacaq! Biz inanırıq ki, dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində torpaqlarımız tezliklə işğaldan azad olunacaq”.
Tədbirdə iştirak edən Yolçubəyli və ətraf Narlıq, Türkədi kəndlərinin sakinlərini parlament seçkilərində yaxından iştirak etməyə çağıran deputatlığa namizəd Əhliman Əmiraslanov onu da qeyd edib ki, seçkilərdə vətəndaşların fəal iştirakı demokratik cəmiyyət quruculuğu baxımından çox əhəmiyyətlidir.
Tədbirdə çıxış edən yerli sakinlər deputatın keçən 5 il ərzindəki fəaliyyətindən razı qaldıqlarını, onun seçicilərinin etimadını layiqincə doğrultduğunu vurğulayıblar. Seçicilər 1 noyabrda da növbəti dəfə Əhliman Əmiraslanovun namizədliyini dəstəkləyəcəklərini və ona səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25

