YAP Sumqayıt şəhər təşkilatında Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib
26.02.2016 [10:21]
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı tədbir keçirib. Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev Xocalı soyqırımını XX əsrin ən dəhşətli cinayətlərindən biri adlandırıb. Vurğulanıb ki, erməni silahlıları 366-cı alayın köməyi ilə Xocalı şəhərində dinc insanları, eləcə də qadınları, uşaqları və köməksiz qocaları qətlə yetirib: “Bu soyqırımında 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca milli zəmində amansızlıqla qətlə yetirilib, 487 nəfər ağır xəsarətlərə məruz qoyulub, 1275 nəfər isə əsir götürülüb. Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir çox milli faciələrimiz kimi Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi mümkün olub, “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edilib. Ulu öndər tərəfindən əsası qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən bu gün də davam etdirilir”.
Çıxış edən YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Elvin Məmmədzadə, YAP Sumqayıt şəhər təşkilatı Qadınlar Şurasının sədri Nazilə Cəlilova, Sumqayıt bələdiyyəsinin üzvü Günel Qiyasova, Xocalı sakini, faciənin canlı şahidi olan Aydın Əliyev 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə ermənilərin Xocalı şəhərinin dinc, əliyalın sakinlərinə qarşı törədilən soyqırımı ilə bağlı fikirlərini bölüşüblər.
Çıxış edənlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının bu qətliamın dünya ictimaiyyəti tərəfindən tanınmasında əhəmiyyətli rol oynadığını qeyd ediblər. Tədbirdə Xocalı soyqırımına həsr olunan film nümayiş etdirilib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09

