/ / YAP Qadınlar Şurasının nümayəndələri Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçiləri ziyarət ediblər
YAP Qadınlar Şurasının nümayəndələri Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçiləri ziyarət ediblər
12.04.2016 [09:59]
Aprelin 9-da Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının nümayəndələri Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçiləri ziyarət ediblər. YAP Qadınlar Şurasının üzvləri hərbçilərin vəziyyəti ilə maraqlanıblar. Bildirilib ki, Ermənistan hərbi birləşmələrinin təxribatının qarşısını alarkən yaralanmış hərbçilərin səhhəti diqqət mərkəzindədir və onların sağlamlığının tam bərpa olunması üçün lazımi tədbirlər görülür.
Yaralı hərbçilərlə görüş zamanı YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva onlara Allahdan şəfa arzulayıb. Azərbaycan xalqının bu oğullarla qürur duyduğunu deyən N.Əliyeva düşmən hücumlarının qarşısının alınmasında ordumuzun göstərdiyi gücü xüsusi vurğulayıb. “Bu, onu göstərir ki, Azərbaycan Ordusu çox güclüdür və torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır. İnanırıq ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız tezliklə işğaldan azad ediləcək”, - deyən YAP Qadınlar Şurasının sədri belə qəhrəman oğullar böyütdükləri üçün onların valideynlərinə təşəkkür edib.
YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Prezident İlham Əliyev ölkəmizin bütün sahələr üzrə inkişafına xüsusi diqqət göstərir. Bu baxımdan, Silahlı Qüvvələrimizin potensialının daha da gücləndirilməsi yönündə əhəmiyyətli işlər görülür: “Əsgərlərimizdə yüksək vətənpərvərlik ruhunu görmək çox qürurvericidir. Azərbaycanın nəinki güclü ordusu, həm də hərbi sənayesi var. Biz ordumuzla fəxr edirik, yaralı əsgərlərimizə şəfa diləyirik”.
YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü Zərifə Quliyeva isə qeyd edib ki, yaralı əsgərlərimizin sağlamlıqlarına tam qovuşmaları üçün hospitalda lazımi tədbirlər görülür: “Biz bu hərbçilərimizlə, bütövlükdə ordumuzla qürur duyuruq. Hərbimizin gücünə, dövlətimizin gələcəyinə olan ümidlərin bünövrəsi Ümummilli liderimiz Heydər Əliyevin sayəsində möhkəmlənib. Dahi şəxsiyyətin dövlətçiliyimizin güclənməsi istiqamətində başladığı işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

