YAP Binəqədi rayon təşkilatında “Tariximiz xatirələrdə” adlı layihə həyata keçirilib
30.11.2016 [09:20]
29 oktyabr - 26 noyabr 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı Gənclər Birliyi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə VIII qrant müsabiqəsinin qalibi - YAP Binəqədi rayon təşkilatının fəal gənci Məcid İskəndərovun “Tariximiz xatirələrdə” adlı layihəsi həyata keçirilib.
Oktyabrın 29-da YAP Binəqədi rayon təşkilatının inzibati binasında layihənin açılış mərasimi və birinci təlimi keçirilib. Tədbirdə YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, Azərbaycan Respublikasının elm sahəsi üzrə Dövlət Mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru Vidadi Umudlu, Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova və gənclər iştirak ediblər.
“Tariximiz xatirələrdə” adlı layihənin əhəmiyyətindən danışan natiqlər qeyd ediblər ki, hər bir gənc tarixi keçmişimizi dərindən bilməli, Azərbaycanın milli-mədəni irsi, tarixi, qəhrəmanlıq nümunələri haqqında məlumatlı olmalıdır.
Növbəti tədbir noyabrın 19-da Binəqədi rayonu Gənclər Evində keçirilib. Tədbirdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Faiq Babayev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova, tələbələr iştirak ediblər. Faiq Babayev XX əsrin əvvəllərində Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyət, 1906-cı ildə yaradılmış “Difai” Partiyasının məqsəd və vəzifələri, partiyanın proqramından bəhs edən geniş məruzə ilə çıxış edib.
Noyabrın 26-da isə YAP Binəqədi rayon təşkilatının inzibati binasının akt zalında layihənin bağlanış mərasimi keçirilib. Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva iştirak ediblər. İlk olaraq “Tariximiz xatirələrdə” layihəsinin rəhbəri Məcid İskəndərov çıxış edərək bildirib ki, layihənin əsas məqsədi tarixi savadsızlığın aradan qaldırılması və dövlətçilik ənənələrinin daima yaşadılmasıdır. Sonra YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov çıxış edərək ölkənin bütün gənclərini bu gün mövcud olan milli-mənəvi dəyərlərə hörmətlə yanaşmağa və xalqın tarixinə daima hörmət etməyə dəvət ediblər.
Son olaraq təlimlərdə aktiv iştirak etmiş gənclərə sertifikatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20

