/ / YAP Nərimanov rayon təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə tədbir keçirilib
YAP Nərimanov rayon təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə tədbir keçirilib
26.05.2018 [07:27]
Dünən Nərimanov rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının birgə təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova və İlqar Mirzəyev, YAP Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin mürəkkəb bir dövrdə meydana gəldiyini və çox çətin şəraitdə fəaliyyət göstərdiyini bildirib: “Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı qəbul olundu, himni və gerbi hazırlandı. Azərbaycan dili dövlət dili elan olundu. Maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk milli universiteti təsis olundu, təhsil milliləşdirildi, tarixi adlar bərpa edildi. Həmçinin xarici ölkələrlə qarşılıqlı əlaqələr yaradılmasına başlandı, humanist və sülhsevər siyasət yürüdüldü. Təəssüflər olsun ki, Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərə bildi. Lakin buna baxmayaraq, xalqın təkidi ilə Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimizin davamlı və əbədi olması yolunda qətiyyətli addımlar atıldı və bu sahədə qarşıya çıxan çətinliklər cəsarətlə aradan qaldırıldı”.
T.Tağıyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin düşünülmüş strategiyası nəticəsində müstəqil Azərbaycanın dünyanın inkişaf etmiş demokratik dövlətlərindən birinə, beynəlxalq aləmdə söz sahibinə çevrildiyini deyib.
Sonra Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova və YAP Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova çıxış edərək bildiriblər ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv etdi. Bütün vətəndaşların hüquq bərabərliyi təmin olundu, qadınlara kişilərlə bərabər seçki hüququ verildi. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması ölkə rəhbərliyi tərəfindən ümumən Azərbaycanın dövlətçilik ənənələrinə, xüsusilə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə necə yüksək dəyər verilməsinin növbəti sübutudur.
Bakı Humanitar Kollecinin direktor müavini Rasim Rzaxanov və kollecin tələbəsi Ümidə Rəhimova çıxış edərək müsəlman Şərqində ilk parlamentli respublika olan Cümhuriyyətin qurulmasının xalqımızın həyatında misilsiz hadisə olduğunu bildiriblər. Qeyd edilib ki, müasir Azərbaycan gəncliyi milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən olan Cümhuriyyət dövrünü dərindən öyrənməli, ölkəmizdə, o cümlədən xaricdə yaşayan həmyaşıdları ilə daim təmasda olaraq, tariximizlə bağlı məlumatları dünya ictimaiyyətinə çatdırmalıdırlar.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

