Azərbaycan gəncliyi dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub
10.08.2018 [08:52]
Suraxanı rayonunda 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə “Gənclər bu günümüz, sabahımız, ümidimizdir” mövzusunda tədbir keçirilib
Avqustun 9-da Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə “Gənclər bu günümüz, sabahımız, ümidimizdir” mövzusunda tədbir keçirib. Əvvəlcə tədbir iştirakçısı olan gənclər Suraxanı rayonunda yerləşən Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Mərkəzin qarşısında Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu öndərin əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra tədbir Suraxanı rayonunda yerləşən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda davam etdirilib.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Ağacan Abıyev və Sevinc Fətəliyeva, rayon İcra Hakimiyyəti başçısının müavinləri Rəşad Hacıyev, Etibar Yolçuyev və Afət Həsənova, o cümlədən gənclər və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Azərbaycanda həyata keçirilən uğurlu və səmərəli gənclər siyasətindən bəhs edib. O, diqqətə çatdırıb ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Sağlam, bilikli gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Azərbaycan əhalisinin 28 faizindən çoxunu gənclərin təşkil etdiyini söyləyən V.Seyidov bildirib ki, Suraxanı rayonunda 68 mindən çox gənc yaşayır. Rayon təşkilatının sədri diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir: “Yeni Azərbaycan Partiyası daim gənclərə xüsusi diqqət göstərir. YAP Suraxanı rayon təşkilatının sıralarında birləşən gənclərin sayı 3500 nəfərdən çoxdur”.
Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Hacıyev, YAP Suraxanı rayon təşkilatının Gənclər Birliyinin sədri Aydın Əhmədov və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov çıxış edərək Azərbaycan gənclərinin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduqlarını diqqətə çatdırıblar.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva isə bu gün Azərbaycan gəncliyinin öz təşəbbüskarlığı ilə fərqləndiyini bildirib. Ölkəmizdə gənclər üçün bütün imkanların yaradıldığını, Azərbaycan gəncliyinin cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrildiyini deyən millət vəkili bildirib ki, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin fonunda gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılması istiqamətində əhəmiyyətli tədbirlər görülüb. Onun sözlərinə görə, Azərbaycanda gəncliyin inkişafı və səmərəli fəaliyyəti dövlətin diqqət mərkəzindədir.
Digər çıxış edənlər gənclərə gələcək həyatlarında və fəaliyyətlərində uğurlar arzu ediblər. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti və YAP-ın tarixi ilə bağlı viktorinalar keçirilib və sonda qaliblər mükafatlandırılıblar.
YAP sıralarına qəbul olunmuş bir qrup gəncə partiyaya üzvlük vəsiqələrinin təqdim olunduğu tədbirdə fəal gənclər rayon təşkilatının fəxri fərmanları və təşəkkürnamələri ilə təltif olunublar. Tədbir bədii hissə ilə davam etdirilib.
NURLAN
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

