Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Gəncədə bələdiyyə seçkilərinə hazırlıq davam edir

Gəncədə bələdiyyə seçkilərinə hazırlıq davam edir

27.10.2009 [09:14]

Gəncədəki Dairə Seçki komissiyalarında dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri mütəşəkkil qaydada davam edir. Şəhərdəki 40 saylı Kəpəz ikinci seçki dairəsi Dairə Seçki Komissiyasının sədri Azad İbrahimovun dediyinə görə, bələdiyyə üzvü olmaq uğrunda mübarizə aparmaq üçün artıq 3 partiyadan - Yeni Azərbaycan Partiyasından, ümid Partiyasından və Vətəndaş Həmrəyliyi Partiyasından cəmi 21 nəfər vətəndaş dairəyə müraciət edib və imza toplamaq üçün vərəqə alıb. Dairəni əhatə edən məntəqələrdə seçici siyahılarının dəqiqləşdirilməsi də diqqətlə aparılır. Belə ki, 28 mülki və 3 hərbi hissədə seçki məntəqəsi olan 40 saylı Kəpəz ikinci seçki dairəsində indiyədək 40 min 430 nəfər seçicinin adı dəqiqləşdirilərək siyahıya salınıb.
ümumiyyətlə, Gəncədəki 4 seçki dairəsinə öz təşəbbüsü ilə yanaşı, müxtəlif siyasi partiyaların təmsilçiləri olan 89 nəfər müraciət edib və onlardan 67 nəfərinə imza vərəqələri verilib.

Paylaş:
Baxılıb: 1254 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31