Deputatlığa namizəd Hikmət Babaoğlu Nərimanov rayonunda seçicilərlə növbəti görüşünü keçirib
30.01.2020 [09:46]
Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayonu Əliyar Əliyev-11 ünvanında seçicilərlə görüş keçirib.
Görüşü açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev partiyamızın bu seçkilərdə qələbə qazanacağına əmin olduğunu bildirib. T.Tağıyev vurğulayıb ki, partiyamız parlament seçkilərinə böyük inamla gedir. O, 19 saylı Nərimanov birinci seçki dairəsindən partiyanın deputatlığa namizədinin növbəti dəfə Hikmət Babaoğlu olduğunu bildirib. O, YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlunun tərcümeyi-halı, əmək və elmi-siyasi fəaliyyəti, eləcə də ötən 5 ilə yaxın müddətdə millət vəkili kimi gördüyü işlər haqqında geniş məlumat verib.
19 saylı Nərimanov birinci seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Hikmət Babaoğlu seçiciləri salamlayaraq görüşə gəldikləri üçün təşəkkür edib. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın üzvü olaraq seçkilərdə namizəd kimi iştirak etdiyi üçün fəxr hissi keçirdiyini bildirən Hikmət Babaoğlu deyib ki, partiya yarandığı vaxtdan bu günədək azərbaycançılıq ideologiyası və müstəqillik prinsipi ilə böyük uğurlar əldə edib. Onun sözlərinə görə, bu yol bundan sonra da eyni ideologiya və prinsip əsasında yeni hədəflərə doğru davam edəcək: “Mənim üçün həm şərəf, həm də məsuliyyətdir ki, regionun ən güclü partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülüb. Mən bu etimadı doğruldacağıma, sizlərin verəcəyiniz səslərə layiq olacağıma söz verirəm və əminəm ki, bundan sonrakı dövrdə də birlikdə böyük nailiyyətlər əldə edəcəyik. Ona görə ki, Yeni Azərbaycan Partiyasının namizədlərinin arxasında nəhəng siyasi güc və 750 minə yaxın insanın siyasi iradəsi dayanıb”.
Hikmət Babaoğlu Milli Məclisdə fəaliyyəti dövründə Nərimanov rayon seçicilərini layiqincə təmsil etməyə çalışdığını söyləyib. Onun sözlərinə görə, mütəmadi olaraq seçicilərlə görüşlər keçirilib, onların qaldırdıqları məsələlər parlament tribunasından səsləndirilib, eləcə də həll edilməsi üçün aidiyyəti dövlət qurumlarına ünvanlanıb: “Belə ki, millət vəkili kimi fəaliyyətim ərzində vətəndaşlar tərəfindən ünvanımıza 118 şifahi və 97 yazılı müraciət daxil olub. Qeydə alınan 215 müraciətdən 100 müraciət tam olaraq həllini tapıb, 60 müraciət qismən təmin edilib, 40 müraciət aidiyyəti qurumlara göndərilib və yerdə qalan müraciətlərlə bağlı lazımi izahatlar verilib”.
Deputatlığa namizəd qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atır, ölkəmiz hər bir sahə üzrə dinamik inkişaf edir. YAP-ın seçkilərə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə getdiyini deyən deputatlığa namizəd partiyamızın və dövlətimizin bu hədəfə nail olacağına əminliyini ifadə edib.
Görüşdə çıxış edən seçicilər qarşıdan gələn parlament seçkilərində YAP-ın namizədi Hikmət Babaoğluna səs verəcəklərini bəyan ediblər.
Görüşdə həmçinin seçiciləri maraqlandıran suallar cavablandırılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20

