/ / Zəkiyyə Musayeva: Pandemiyaya qarşı mübarizədə dünya dövlətlərini birləşdirməyə çalışmaq Azərbaycanın humanist siyasətinin göstəricisidir
Zəkiyyə Musayeva: Pandemiyaya qarşı mübarizədə dünya dövlətlərini birləşdirməyə çalışmaq Azərbaycanın humanist siyasətinin göstəricisidir
14.07.2020 [08:40]
“Dünya üçün risklərlə dolu olan bir dövrdə Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda uğurlu siyasət aparmaq böyük qüdrət tələb edir. Prezident İlham Əliyev sistemli, əhatəli və müasir tələblərə tam cavab verən siyasət həyata keçirməklə müsbət nümunə yaradır. Eyni zamanda, Azərbaycanın dövlət başçısı yeni regional əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva deyib.
Z.Musayeva bildirib ki, mayın 4-də Qoşulmama Hərəkatının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkilatın Təmas Qrupunun videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü keçirildi. 40-dan çox ölkənin dövlət və hökumət rəhbərləri, eləcə də nüfuzlu şəxslərin qatıldığı tədbirdə əsas mövzu pandemiyaya qarşı birgə mübarizə aparmaq və beynəlxalq səyləri gücləndirməkdən ibarət idi.
“Dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləməsi dövlətimizin başçısının şəxsi nüfuzunun, siyasi təcrübəsinin və diplomatik addımlarının nəticəsidir. Şərqlə Qərb mədəniyyətinin qovşağında, sivilizasiyalararası dialoq, tolerantlıq, humanizm kimi ali dəyərləri özündə ehtiva edən Azərbaycan bu gün dünyaya öz nümunəsində, ümumi mənafe naminə bir ideya ətrafında birləşmək bacarığını təqdim edir. Eyni zamanda, BMT-nin hesabatına əsasən, ölkəmizin “Davamlı inkişaf məqsədləri indeksi”nə görə regionda lider olması bir daha onu subut edir ki, real praktiki addımlara üstünlük verən, düşünülmüş siyasət həyata keçirən və milli maraqlarımzı qoruyan liderin dövlətimizə rəhbərlik etməsi ən böyük şansımız və gələcək uğurlarımızın təminatıdır. Bu gün Azərbaycan həm də ədalətli mövqe nümunəsində, insanlıq naminə atığı addımları, həyata keçirdiyi siyasətilə dünyaya önəmli töhfə verir. Bunun əksinə olaraq, Ermənistan Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayır, dünyanın qlobal problemlə üzləşdiyi bir məqamda regionda sabitliyi təhdid etməklə, işğalçı siyasət həyata keçirir. Onlar təkcə torpaqlarımızı işğalda saxlamır, bununla bərabər, gərginliyin səngiməsinə imkan vermir, regionun təhlükəsizliyinə çox ciddi zərbə vururlar. Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tututması bunun bariz nümunəsidir. Cənab İlham Əliyevin qətiyyəti sayəsində hazırda dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edib ki, “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq. Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq. İnanırıq ki, ölkə başçısının həyata keçirdiyi xarici siyasət, diplomatik addımlar sayəsində bu ədalətsizliyə son qoyulacaq və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin icrası tam təmin ediləcək”, - deyə Z.Musayeva qeyd edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14

