/ / Fərəh Məcidzadə: Azərbaycanın bütün gəncləri torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazırdır
Fərəh Məcidzadə: Azərbaycanın bütün gəncləri torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazırdır
16.07.2020 [09:16]
“Ulu Tanrı ölkəmizə təbii sərvətlər, Azərbaycan xalqına isə qeyrətli, məğrur, uzaqgörən övladlar bəxş edib. Tarixən qəhrəman və igid övladlara malik olan Vətənimiz müasir dövrdə də qorxmaz və cəsur oğulları ilə düşmənlərimizi lərzəyə salır. İstər döyüş meydanında, istərsə də danışıqlar masasında Azərbaycan xalqının qeyrətli oğulları biləyinin gücü, sözünün kəsəri ilə fərqlənib. Ona görə də, Azərbaycan xalqı üzləşdiyi bütün faciə və təhlükələrə rəğmən ayaqda durmağa nail olur, dövlətimiz isə inkişaf edir, əlçatmaz zirvələri fəth edir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Fərəh Məcidzadə deyib.
Fərəh Məcidzadə bildirib ki, mühüm strateji coğrafiyada yerləşən Azərbaycan tarixən həmişə işğalçılıq məqsədi güdən müxtəlif dövlətlərin diqqətini cəlb edib: “Tariximiz çətin sınaqlar, dəhşətli faciələr və amansız müharibələrlə doludur. Əfsuslar olsun ki, Azərbaycan və xalqımız 200 ildən çoxdur ki, torpaqlarında yaşamağa icazə verdiyi ermənilərin də xainliyi və düşmənçiliyi ilə üz-üzə qalıb. Təxminən bir əsrdir ki, vaxtaşırı ərazi iddiaları ilə çıxış edən ermənilər bu məqsədlərinə müəyyən qədər nail olublar. Azərbaycan torpaqları hesabına özlərinə dövlət yaradan mənfur düşmən 30 ildir apardığı işğalçılıq siyasətini davam etdirir. Bu dəfə Azərbaycanın Tovuz rayonu ərazisində təxribat törədən işğalçı qüvvələr Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan Ordusu tərəfindən layiqli cavablarını alırlar”.
“Dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli və cəsarətli mövqeyini gördükcə, mən bir gənc kimi öz dövlətimlə və xalqımla qürur duyuram və bu mənə gələcək fəaliyyətimdə stimul verir. Baxmayaraq ki, mən xanımam, şəxsən özüm, təmsil etdiyim YAP Suraxanı rayon təşkilatının Gənclər Birliyinin bütün üzvləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızı işğaldan azad etməyə hazırıq. Eyni zamanda, əminliklə deyə bilərəm ki, Yeni Azərbaycan Partiyasının üzvü olan, həmçinin Azərbaycanın bütün gəncləri torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazırdır”, - deyə F.Məcidzadə söyləyib.
Xəbər lenti
Hamısına baxDünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09

