YAP İmişli rayon təşkilatının XI hesabat konfrası keçirilib
28.08.2021 [12:45]
Avqustun 27-də Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayevin hesabat məruzəsi dinlənilib. Bildirib ki, rayon təşkilatının X konfransından keçən 3 ildən artıq müddət ərzində ölkəmizin həyatında mühüm uğurlar əldə edilib, iqtisadi, sosial və digər sahələrdə əsaslı irəliləyişlər olub, Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, beynəlxalq nüfuzu xeyli artıb. Ulu Öndər Heydər Əliyev ideyalarının və Onun siyası kursunun qətiyyətli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin çoxşaxəli səmərəli fəaliyyəti YAP-ın aparıcı mövqeyini daha da möhkəmləndirir.
S.Ağayev deyib ki, YAP İmişli rayon təşkilatının 86 ərazi ilk partiya təşkilatında 8619 üzv var. Onların 34 fazini gənclər, 31 faizini isə qadınlar təşkil edir.
Sonra YAP İmişli rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Yaşar Hüseynovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının Şura üzvləri - Nazim Əzimov, Gənclər Birliyinin sədr müavini Zamin Zeynalov, Səməd Vurğun ərazi ilk partiya təşkilatının sədri Əlamdar Quliyev və rayon təşkilatı Gənclər Birliyinin üzvü Şəlalə Rəhimova hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Azərbaycanın dövlət müstəqilliyi, malik olduğu təbii sərvətləri, geopolitik üstünlükləri xalqımızın milli sərvətidir və hər bir Azərbaycan vətəndaşı kimi YAP-ın üzvləri də Azərbaycan Respublikasının dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumağı özünün birinci dərəcəli vəzifəsi hesab edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yeni reallıqların qarşıdakı illər üçün müəyyənləşdirdiyi hədəflərə yüksək səviyyədə nail olmaq potensialına, gücünə malikdir.
Yeni mərhələdə partiyanın yerli təşkilatlarının üzərinə düşən vəzifələrdən ətraflı bəhs edən Ə.Tağıyev YAP İmişli rayon təşkilatının gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Konfransda YAP İmişli rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

