YAP Siyəzən rayon təşkilatının VIII hesabat konfransı keçirilib
10.09.2021 [09:40]
Sentyabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Siyəzən rayon təşkilatının videoformatda VIII hesabat konfransı keçirilib.
Əvvəlcə Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərovun hesabat məruzəsi dinlənilib. Bildirib ki, dövlət müstəqilliyimizi möhkəmləndirmək, ərazi bütövlüyümüzü bərpa etmək, Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxarmağı qarşısına məqsəd qoyan Yeni Azərbaycan Partiyası ötən 29 ildə böyük nailiyyətlər qazanıb. YAP qısa zaman çərçivəsində ümumxalq rəğbətini qazanıb.
E.Heydərov qeyd edib ki, hazırda YAP Siyəzən rayon təşkilatının 41 ərazi ilk partiya təşkilatında 3670 nəfər üzv birləşib. Onlardan 1633 nəfəri qadın, 562 nəfəri isə gəncdir. Hesabat dövrü ərzində rayon təşkilatına 227 nəfər üzv qəbul edilib ki, onların da əksəriyyətini gənclər təşkil edir.
Sonra YAP Siyəzən rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Rəsul Əlibəyovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, rayon təşkilatının Şura üzvü, Gilgilçay qəsəbə məktəbinin direktoru Samir Baxşıyev, təşkilatın Qadınlar Şurasının sədri, Siyəzən rayon Mərkəzi Kitabxanasının şöbə müdiri Ramilə Seyidova, rayon təşkilatı Gənclər Birliyinin sədri Elvin Kərimov hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, bütün dünyanın diqqəti Azərbaycandadır: “Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun şücaəti sayəsində 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız işğaldan azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Regionda və dünyada yeni reallıqlar yaradan tarixi Zəfərimiz ölkə daxilində də yeni hədəflərə yol açdı. Ali Baş Komandan İlham Əliyev bəyan etdi ki, yeni hədəflərimiz qələbəmizi daha da möhkəmləndirmək, Azərbaycanın təhlükəsizliyini təmin etmək, işğaldan azad olunmuş torpaqları yenidən qurmaq, bərpa etmək və Ermənistanın revanşist qüvvələrinin baş qaldırmasına imkan verməməkdir. Azərbaycan bu hədəflərə də uğurla çatacaq”.
Ə.Tağıyev Yeni Azərbaycan Partiyasının qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunmasında öz payı olduğunu önə çəkərək, YAP Siyəzən rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Siyəzən rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

