Mənəviyyatlarını heç vaxt bərpa edə bilməyəcəklər
19.09.2022 [10:17]
Postmünaqişə dövrünün əsas çağırışlarından biri bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarının icrası istiqamətində üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirmək üçün səylər göstərir və Ermənistandan da eyni addımları tələb edir. Bölgədə sülhün və təhlükəsizliyin yaradılması üçün sülh müqaviləsinin imzalanması əsas hədəf kimi qarşıya qoyulub. Azərbaycan dövləti Ermənistana təkmil sülh modelini təklif etdiyi ilk gündən bu təklifin uzun müddət masa üzərində qalmayacağını bəyan etməklə qarşı tərəfə son şansı verdi. Lakin tarixi Zəfərimizdən ötən iki ilə yaxın dövr ərzində Ermənistanın sülh müqaviləsinin imzalanması yönümündə konkret addım atdığını görmürük. Belə ki, Ermənistan bir tərəfdən münasibətlərin normallaşdırılmasına xidmət edən Brüssel görüşlərində Azərbaycanın irəli sürdüyü şərtləri qəbul edir, sülh müqaviləsinin imzalanması üçün xarici işlər nazirlərinin danışıqlarının vacibliyini təsdiqləyir, digər tərəfdən isə Azərbaycan-Ermənistan sərhədində təxribatlar törədir. Sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməklə bir daha sülh müqaviləsinin imzalanmasında maraqlı olmadıqlarını, prosesin uzanması üçün cəhdlər göstərdiklərini təsdiqlədilər. Azərbaycan Ordusu növbəti dəfə gücünü, qüdrətini nümayiş etdirdi və göstərdi ki, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı atılan hər bir addımın qarşısı qətiyyətlə alınacaq. Həyata keçirilən və dünyaya səs salan “Qətiyyətli cavab” əməliyyatı da bunun təsdiqidir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizdən sonra bütün çıxışlarında, çağırışlarında bu mühüm məqamı diqqətə çatdırır ki, əgər Ermənistanda revanşist qüvvələr baş qaldırarsa, “Dəmir yumruq” yerindədir.
Dünya gücləri Ermənistanın törətdiyi təxribatları görür, istər bəyanatlarında, istərsə də dövlət başçısı İlham Əliyevə telefon zənglərində yaşanan gərginlikdən narahatlıqlarını ifadə edərək bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər.
Ermənistan hər dəfə olduğu kimi yenə də sentyabrın 12-dən 13-ə keçən gecə Azərbaycan-Ermənistan sərhədində törətdiyi təxribatı ört-basdır etmək, dünyanın diqqətini yayındırmaq üçün belə əsassız təbliğat aparır ki, Azərbaycan Ordusunun bölmələri guya yaşayış evlərini atəşə tutub. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da qeyd edilir ki, bu məlumatın heç bir real əsası yoxdur. Bu qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır.
Diqqət çəkən məqamlardan biri də budur ki, Ermənistanın yaydığı dezinformasiyalara daxili bədxahlarımızdan böyük dəstək var. Antimilli ünsürlər ənənələrinə uyğun olaraq Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətimək üçün dövlətə, xalqa xəyanət yolunu tutur, ermənilərlə və ermənipərəst dairələrlə işbirliklərini qabarıq şəkildə büruzə verirlər. 44 günlük İkinci Qarabağ müharibəsi dövründəki vəziyyəti yada salaq. 50-dən artıq siyasi partiya dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətə dəstəklərini qəbul etdikləri bəyanatla təsdiqlədilər. Kənarda dayanan, “düşmən dəyirmanına su tökdüyünü” açıq-aşkar nümayiş etdirən AXCP sədri Əli Kərimli və “Milli Şura”çılar oldu. Bu ünsürlər nə qədər çalışsalar da erməni təəssübkeşliyini gizlədə bilmirlər. Törədilən son təxribatdan sonra atdıqları addımlar da bunun təsdiqidir. Xalqımız əli kərimlilərin xəyanətkarlığının hər zaman şahididir. Əbəs yerə deyilmir ki, gələcəyə keçmişimizlə addımlayırıq. Xəyanatkarlar sırasında “mənə Zəngəzur-filan lazım deyil” deyib, Azərbaycanı ərazi bütövlüyünü, suverenliyini qorumaq üçün qınayan “tarixçi” Altay Göyüşovu da xüsusi qeyd etmək istərdik. Ölkəsini təcavüzkar təqdim edən belələrindən dövlət maraqlarımız naminə hansısa addımı atacağını gözləyə bilərikmi? Şəxsi ambisiyalarının quluna çevrilən əli kərimlilər və onun əlaltıları, altay göyüşovlar anti-Azərbaycan dairələrindən külli miqdarda vəsait qoparmaq üçün dövlətə, xalqa xəyanət yolunu tutmaqla itirdikləri mənəviyyatlarını heç bir zaman bərpa edə bilməyəcəklərinin fərqindədirlərmi? Vətənə xəyanət yolunu tutanların sonda hansı aqibəti yaşadıqları məlum olaylardandır. Belələrindən gənclərimiz hansı tərbiyəni ala bilər? Bir “tarixçi alim” şəxsi marağı naminə Vətənə xəyanət yolunu tutursa, tariximizi təhrif edib mənfur düşməni müdafə edirsə, özünü Azərbaycan vətəndaşı kimi təqdim etməyə haqqı varmı? Suallar çox, cavab isə eynidir. Xəyanətkarlar üçün dövlət, xalq, Vətən anlayışları ola bilməz. Bir əsas məqamı da unutmayaq ki, onların bu gün müdafiə etdikləri ermənilərin törətdikləri genişmiqyaslı təxribat nəticəsində onlarla Vətən oğulları torpaqlarımızın müdafiəsi yolunda şəhidlik zirvəsinə ucalıb. “Sapı özümüzdən olan baltalar” şəhidlərin ruhuna hörmətsizliklərindən utanc hissi keçirsinlər.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25

