YAP-ın Laçın rayon təşkilatı Zəfər Günü ilə bağlı silsilə tədbirləri davam etdirir
05.11.2022 [11:22]
4 noyabr 2022 - ci il tarixdə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının dəstəyi ilə 48 saylı Ərazi Partiya Təşkilatı, Laçın rayon 1 nömrəli tam orta məktəbi 8 noyabr- Zəfər Günü ərəfəsində “44 Günlük Vətən müharibəsinin zəfəri” mövzusunda tədbir keçirib. Tədbirdə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Partiya veteranları, Azərbaycan Respublikası Şəhid Ailələri ,Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Binəqədi Rayon Şöbəsinin sədri (Şəhid Qardaşı) Rizvan Hüseynov ,şəhid ailələri, Qarabag müharibəsi qaziləri, döyüşçülər, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Laçın rayon 1 nömrəli tam orta məktəbinin şagirdlərinin 8 noyabr- Zəfər Gününə həsr etdikləri əl işləri və rəsmlərdən ibarət sərgi nümayiş etdirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı.Sonra xalqımızın Ümummilli lideri Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının 48 saylı Ərazi Partiya Təşkilatının sədri, Laçın rayon 1 nömrəli tam orta məktəbinin direktoru Vəfa İsmayılova 8 noyabr - Zəfər Günü barədə ətraflı məlumat verdikdən sonra şagirdlərin hazırladıqları kompozisiyaları təqdim edildi. Tədbirdə çıxış edən şəhid ailələri, qazilər, rayon ziyalıları, partiya fəalları Vətən Müharibəsindən bəhs edərək 2020 -ci il sentyabrın 27-də düşmənin təxribatlarına,qəfil hücumuna tutarlı cavab verən Rəşadətli Ordumuzun bütün cəbhə boyu ardıcıl qələbələrindən danışdılar. YAP Laçın rayon təşkilatının veteran üzvü,rayon ziyalısı, əməkdar müəllim Varaşil Məmmədov çıxışlarda işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən şanlı tariximizdən - 44 günlük müharibədən bəhs etdi. Şəhidlərimizin valideyinləri Vətən üçün Qəhrəman övladlar yetişdirdikləri üçün iftixar hissi keçirdiklərini bildirdilər. Şəhid valideyinləri, qazilər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının şəhid ailələrinə ,qazilərə,müharibə iştirakçılarına göstərdiyi diqqət və qaygıya görə dərin təşəkkürlərini bildirdilər. Azərbaycan Respublikası Şəhid Ailələri ,Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Binəqədi Rayon Şöbəsinin sədri Rizvan Hüseynov çıxış edərək bildirdi ki, ordu-xalq- dövlət birliyinin nəticəsində Azərbaycanın rəşadətli ordusu iyirmi faizi düşmən tapdağında qalan torpaqlarımızı azad edərək Azərbaycan bayrağını azad olmuş ərazilərimizdə dalğalandırdı. Həmçinin çıxış edənlər qeyd etdilər ki,xalqımız Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək həmrəylik nümayiş etdirir. Bu savaşda dövlətimiz bütün dünyaya öz gücünü, ordumuzun qəhrəman igidləri isə mətinliyini, mübarizliyini nümayiş etdirdilər. Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov bu cür tədbirlərin əhəmiyyətindən danışdı və bildirdi ki,Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticəsi rüsvayçı şəkildə uduzmaq oldu. Bununla da Silahlı Qüvvələrimiz “Ermənistan ordusunun məğlubedilməzliyi” mifini darmadağın etdi. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.Artıq azad olunmuş ərazilərimizdə geniş bərpa və quruculuq işləri reallaşıb.”
Xəbər lenti
Hamısına baxDünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23

