"Heydər Əliyev və Azərbaycan Gəncliyi" mövzusunda tədbir keçirib
02.02.2023 [11:26]
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı 01 Fevral 2023-cü il tarixində Gəncə şəhəri Heydər Əliyev Mərkəzində "Heydər Əliyev İli" çərçivəsində "Heydər Əliyev və Azərbaycan Gəncliyi" mövzusunda tədbir keçirib.
İlk öncə tədbir iştirakçıları Ümummilli liderin Mərkəzin önündəki abidəsini ziyarət ediblər. Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərkəzin əməkdaşları iştirakçılara Mərkəz haqqında ətraflı məlumat vermiş, gənclər Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən foto-stendlərə baxış keçiriblər, həyatı və siyasi fəaliyyəti haqqında zəngin məlumatlar əldə ediblər.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov 2 Fevral Gənclər günü münasibətilə gəncləri təbrik edərək bildirdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.Bu əlamətdar gün Ümumilli lider Heydər Əliyevin sərəncamı ilə MDB məkanı və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub.
Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Dövlət başçısı İlham Əliyevin başçılığı ilə həyata keçirilən uğurlu siyasətin gənclər arasında vətənpərvərlik hisslərinin daha da artmasına əyani sübut kimi Vətən müharibəsinin ilk günündən gənclərin işğal altındakı torpaqlarının azadlığı uğrunda mübarizə əzmini göstərmək olar. Kəlbəcər rayon Gənclər və İdman idarəsinin rəisi Musa Mamedov, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul işçisi Hikmət Bağırov, Vətən müharibəsi qazisi Xəyyam Fətəliyev, Texnologiya Unveristetinin magistrı Vüsalə Baxışlı çıxış edərək bildirdilər ki, gənclərə olan diqqət və gənclər siyasətinin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etməkdə növbəti addım oldu.
Gənclərə ayrılan bu diqqətin, qayğının nəticəsidir ki, Azərbaycan gəncləri bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər.Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident Cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasət kursunu alqışlayr, bu siyasətin icrasında daim onun yanındadılar. Tədbirin sonunda Vətən müharibəsi qazilərinə və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə YAP Kəlbəcər rayon təşkilatının fəxri fərmanları təqdim edildi.
Xəbər lenti
Hamısına baxDünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23

