Zəfər paradı Azərbaycanın qələbəsinin nümayişidir
08.12.2023 [11:42]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
3 il əvvəl 10 noyabrda Azərbaycanın möhtəşəm qələbəsindən sonar reallaşan Zəfər paradı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz Silahlı Qüvvələrimizin Qələbəsinin, ölkəmizin hərbi qüdrətinin təntənəli nümayişi idi. Zəfər Marşının sədaları altında peşəkar döyüş qabiliyyətinə malik üç mindən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin, həmçinin darmadağın edilən düşməndən ələ keçirilmiş hərbi qənimətlərin nümayişi dosta, düşmənə, işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə Azərbaycanın qüdrəti bir daha nümayiş etdirildi.
Ölkə Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir.
Bəli, qüdrətli Azərbaycan ordusunun cəmi 44 günə düşməni pərən-pərən salıb qarşısında diz çökdürərək, yenidən Şuşada dalğalandırdığı üçrəngli bayrağın fəxrlə paytaxt Bakının Azadlıq meydanında dalğalandırılması bir başqa qürur idi. Ali Baş Komandanın “gün gələcək işğal altında olan torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək” sözləri reallığa çevrildi. 2016-cı ildə Lələtəpə yüksəkliyinə qaldırılmış, düşmən işğalından azad edilmiş torpaqlarda dalğalandırılan bayraq Zəfər paradında fəxarətlə dalğalandırıldı. Zəfər paradı təkcə ölkəmizin düşmən üzərindəki qələbəsinin təntənəsi olmadı, eyni zamanda bölgədə erməni faşizminin məhvi, Azərbaycanın illərlə ikili standartlara, təzyiqlərə məruz qalmasının sonu oldu.
Dünyaya səs salan, qürur, şərəf, ləyaqət simvolumuz olan Zəfər paradı artıq ənənəyə çevrilib. Azərbaycan xalqı hər il bu tarixi anı qürur hissi ilə qeyd edir. Dost da, düşmən də 44 gün ərzində Azərbaycanın igid əsgərlərinin əzmlə, qürurla, çiyin-çiyinə verərək qazandıqları bu zəfərlərin nümayişinə şahid olur. Zəfər paradında erməni işğalçilarının 44 günə Azərbaycan Ordusu tərəfindən ələ keçirilən hərbi qənimətlərinin nümayişi, bu il noyabrın 8-də Xankəndi şəhərində Zəfər Günü ilə bağlı paradın keçirilməsi isə Azərbaycanı gözü götürməyən qüvvələrə yenidən xatırlatma olur: Heç kəs bir daha Azərbaycanla güc və təzyiq dili ilə danışa bilməz.
Düşmənə qarşı yumruq kimi birləşən xalqımızın Zəfər paradında qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçularının iştirakı Azərbaycan- Türkiyə qardaşlığının daha bir nümayişi oldu. Qardaş Türkiyənin 44 günlük Vətən müharibəsinin ilk günündən ölkəmizin yanında olması, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi gündə iştirak etməsi isə sarsılmaz qardaşlığın təntənəsi idi. Prezidenti Rəcəb Tayyib Ərdoğanın özünün də dediyi kimi, Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə çətinliklərin öhdəsindən gəlməyə, yeni uğurlara çatmağa davam edəcək: “Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır.”
Qalib xalqımız Zəfər paradının üçünçü ildönümünü böyük qürur hissi ilə qeyd etməyə hazırlaşır. Bu tarixi gün bu gün də, yüz illər sonra da qəlbində Vətən sevgisi gəzdirən hər bir azərbaycanlını fərəhləndirəcək, qürurlandıracaq. Axı, Azərbaycanın bütün gücünü səfərbər edərək bir “dəmir yumruq”la düşmənin başını əzən rəşadətli Ordusu, xalqın arxalandığı, güvəndiyi Ali Baş Komandanı var.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

