Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Beynəlxalq Qadınlar Günü münasibəti ilə bir qrup YAP fəalları ilə görüş keçirilib

Beynəlxalq Qadınlar Günü münasibəti ilə bir qrup YAP fəalları ilə görüş keçirilib

06.03.2024 [16:04]

06.03.2024-cü il tarixdə Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədri İlqar İlyasov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə bir qrup YAP fəalları ilə görüş keçirmişdir.

Görüşdə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edən İlqar ilyasov çıxış edərək bildirmişdir ki, Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında daim fədakarlıqlar göstərmiş, xalqımızın hazırkı mədəni simasının müəyyənləşməsində müstəsna rol oynamışdır. Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi müstəqillik illərindəki nailiyyətlərimizin zirvə nöqtəsinə yüksəlməyimiz və parlaq Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər etmişdir. Göz açıb azad gördüyü yurdunu ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc nəsli də o, məhz öz mənəvi gücü, polad iradəsi hesabına yetişdirmiş, tarixin hökmü ilə ədalətin zəfər çalacağına və haqq işimizin qalib gələcəyinə həmin nəslin qəlbində sarsılmaz inam duyğusu aşılamışdır. Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam doğrultduğunu qeyd edən İlqar İlyasov Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi, partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirak etmiş bir neçə qadına fəxri fərman və qiymətli hədiyələr təqdim etmişdir.

Paylaş:
Baxılıb: 473 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31