Rəsmi Bağdadın neft qaçaqmalçılığına qarşı genişmiqyaslı mübarizə çərçivəsində sərhəd nəzarətini gücləndirdiyi bir vaxtda İran İraqa ABŞ-nin bu iki Yaxın Şərq ölkəsi arasındakı iqtisadi münasibətlərə müdaxiləsinə imkan verməməsi barədə xəbərdarlıq edib.
AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, İranın Ali lideri Müctəba Xameneinin müşaviri Məhəmməd Möhbər rəsmi Bağdadı ABŞ Prezidenti Donald Trampın alətinə çevrilməməklə bağlı xəbərdar edib və İraq hakimiyyət orqanlarını sərhədlə bağlı məsələlərdə ayıq-sayıq olmağa çağırıb.
Onun bu bəyanatı İraqın milli təhlükəsizlik müşaviri Qasım əl-Əbudinin İranın təhlükəsizlik xidmətinin rəhbəri Möhsün Rzayi ilə danışıqlar aparmaq üçün Tehrana səfəri zamanı səsləndirilib.