AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tacikistan Respublikasına rəsmi səfərə gedib.
Azərbaycanın və Tacikistanın dövlət bayraqlarının dalğalandığı Düşənbə Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlətimizin başçısını Tacikistanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.