Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın xarici işlər üzrə federal naziri ilə görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın xarici işlər üzrə federal naziri ilə görüşü olub

AzərTAc xəbər verir ki, yanvarın 20-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer ilə görüşü olub.
Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer Azərbaycana son səfəri zamanı keçirdiyi səmərəli görüşləri xatırladıb, həmin səfərin məhsuldar olduğunu bildirib.
Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılıb.