Azərbaycan Prezidenti İlham Əliyevin DCNS şirkətinin prezidenti ilə görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin DCNS şirkətinin prezidenti ilə görüşü olub

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə DCNS şirkətinin prezidenti Erve Qiyu ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə DCNS şirkəti arasında 2004-cü ildən əməkdaşlığın həyata keçirildiyi bildirilib. Müxtəlif dizaynlı və təyinatlı gəmilərin hazırlanması ilə bağlı bir sıra layihələrin reallaşdırıldığı qeyd edilib, Bakı gəmiqayırma zavodu ilə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu vurğulanıb.