Parisin Orli beynəlxalq hava limanında qarşılanma

Parisin Orli beynəlxalq hava limanında qarşılanma

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Fransa Respublikasına rəsmi səfərə gedib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin Orli beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyevi Fransanın yüksək vəzifəli rəsmi şəxsləri qarşılayıblar.