Müştərilərini daim diqqət mərkəzində saxlayan Azərbaycan Sənaye Bankı Novruz bayramı ərəfəsində də fəaliyyət göstərəcək. Belə ki, Park Bulvar alış-veriş mərkəzində fəaliyyət göstərən ASB Park Bulvar filialı ilin 365 günü səhər saat 10:00-dan axşam 22:00-a kimi fasiləsiz iş rejimində xidmət göstərir.
Park Bulvar filialında aşağıdakı bank xidmətlərindən istifadə edə bilərsiniz:
Valyuta mübadilə əməliyyatlarının aparılması
Fiziki və hüquqi şəxslərin hesablarının açılması
Hesablaşma-kassa xidmətlərinin göstərilməsi
Sürətli pul köçürmələri
Depozitlərin (əmanətlərin) qəbul edilməsi
Rabitə və kommunal ödənişlərin qəbulu
POS Terminal xidmətləri
7/24 ATM xidmətləri
Azərbaycan Sənaye Bankı müştərilərinə müasir bank xidmətləri göstərməyə, müştərilərin həyatını asanlaşdıran xidmətləri artırmağa davam edəcək.