Dünya bazarlarında neftin qiyməti 73 dolları ötüb

Dünya bazarlarında neftin qiyməti 73 dolları ötüb

Dünya bazarlarında neft yenidən bahalaşıb.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,45% artaraq 1 barelə görə 73,14 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,46% artaraq 1 barelə görə 70,08 ABŞ dollarına bərabər olub.