Akademik Arif Paşayev Ukrayna Mühəndislik Akademiyasının yüksək mükafatına - "A.N.Podqornı adına qızıl medal"a layiq görülüb

Akademik Arif Paşayev Ukrayna Mühəndislik Akademiyasının yüksək mükafatına - "A.N.Podqornı adına qızıl medal"a layiq görülüb
Azərbaycan Mühəndislik Akademiyasının (AMA) prezidenti, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev Ukrayna Mühəndislik Akademiyasının idarə heyətinin qərarı ilə elmi, texniki və mühəndislik fəaliyyətindəki xüsusi xidmətlərinə görə “A.N.Podqornı adına qızıl medal”a layiq görülüb.
AMA-dan AzərTAc-a bildiriblər ki, akademik Arif Paşayev başqa bir qərarla Ukrayna Mühəndislik Akademiyasının fəxri akademiki seçilib.