Oktyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze ilə görüşündə ölkələrimiz arasında münasibətlər müstəvisində mənəvi əlaqələrə dair fikir mübadiləsi aparılıb.
Komitədən AzərTAc-a bildiriblər ki, söhbət zamanı Azərbaycanın və Gürcüstanın qonşu, dost və qardaş ölkələr olduğu bildirilib, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da inkişafının önəmi vurğulanıb.
Səfir T.Şaraşenidze ölkələrimiz arasında dini-mənəvi sahədə mövcud əlaqələrin daha da möhkəmlənməsi və dərinləşməsi üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.