Fevralın 4-də Azərbaycan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) Yaxın Şərq, Şimali Afrika və Avropa bölməsinin direktoru xanım Xalida Bouzar ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə İFAD-ın Azərbaycan hökuməti ilə birgə həyata keçirdiyi layihələr və əməkdaşlığın perspektivləri müzakirə olunub.
İ.Quliyev İFAD tərəfindən ölkəmizdə həyata keçirilən layihələri yüksək qiymətləndirib, gələcəkdə bu sahədə işin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb, prioritet istiqamətlər barədə təkliflərin qısa zamanda təqdim olunacağını bildirib.
Xalida Bouzar İFAD-ın ölkə üzrə yeni təyin olunmuş proqram meneceri xanım Dina Salehi təqdim edib, əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini diqqətə çatdırıb.