Sentyabrın 11-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX-2014” sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin idarə rəisi Vladimir Artemyev ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Rusiya arasında hərbi-texniki sahədə mövcud əlaqələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.