Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər barədə fikir mübadiləsi aparılıb

Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər barədə fikir mübadiləsi aparılıb

Sentyabrın 11-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX-2014” sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibdə görüşü olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun iştirak edib.