Sentyabrın 11-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX 2014” sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Draqo Lovriçi ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə ölkələrimizin yerləşdikləri regionlardakı hərbi-siyasi vəziyyət, hərbi-texniki və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.