Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağının iştirakçıları Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağının iştirakçıları Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Aprelin 18-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan ümumi yığıncağının iştirakçıları Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Yığıncaq iştirakçıları, həmçinin AMEA-nın prezidentləri olmuş akademiklər Həsən Abdullayevin və Mahmud Kərimovun məzarlarını ziyarət edib, üzərinə güllər düzüblər.